Belarus Ukrayna ilə sərhədə hərbi texnika yığır

Ukraynanın Çerniqov vilayəti yaxınlığında – Belarus sərhədində son günlər raket komplekslərinin hərəkəti qeydə alınıb.

Bu barədə “Ukrinform” məlumat yayıb.

Belarusun “Flagştok” nəşri isə yazıb ki, Zyabrovka hərbi aerodromunun yaxınlığında yerləşən Belarus kəndlərinin sakinləri son günlər Belarus Respublikası Silahlı Qüvvələrinin hərbi texnika karvanının hərəkətini müşahidə ediblər: “Kolon Belarus-Ukrayna sərhədinə – Çerniqov vilayətinə doğru hərəkət etdi”.

Qeyd olunub ki, əvvəllər bu cür reaktiv yaylım atəşi sistemlərinin Qomel bölgəsində hərəkəti məlum deyildi.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP