Əlilliyi olan şəxslər yüksək texnologiyalı xüsusi idman protezləri ilə təmin olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı xüsusi idman protezləri ilə də təmin olunması planlaşdırılır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla əlaqədar Danimarkanın “Levitate” şirkətinin Türkiyə və Azərbaycan üzrə təmsilçisi olan “Bionic Center Prosthetics Orthotics” tərəfindən bir qrup müharibə ilə əlaqədar əlilliyi olan şəxsin iştirakı ilə xüsusi idman protezlərinin sınağı keçirilib.

Sınaq işləri müsbət nəticələnib və müharibə veteranları həmin protezlərin idmanla məşğul olmaq üçün uyğun, etibarlı və rahat olduğunu bildiriblər.

Bundan əvvəlki mərhələdə 2020-ci ilin dekabr ayından bəri nazirlik tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan 420 şəxs 438 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib. Elektron diz oynaqları ilə təchiz olunan yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir.

Xüsusi idman protezləri isə yüksək texnologiyalı protezlərə quraşdırılmaqla müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin qaçış və digər bir çox idman oyunlarında daha sərbəst və aktiv şəkildə, rahat hərəkətlər etməsinə şərait yaradacaq.

Gələn ildən aktiv həyat sürən amputantların mərhələli şəkildə idman protezləri ilə təminatı işlərinə başlanılması nəzərdə tutulur.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

 

 

 

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi