Bioloji neyron şəbəkələrin təsirindən yaranan süni neyronlar – ARAŞDIRMA

Müasir dövrdə süni neyron şəbəkələrinin öyrənilməsi böyük aktuallıq kəsb edir. Süni neyron şəbəkələr bioloji neyron şəbəkələrin təsirindən yaranan riyazi modeldir. Neyron şəbəkəsi – insan beynində biri-biri ilə birləşmiş sinir hüceyrələrini modelləşdirən kompüter proqramıdır. Neyron şəbəkələrdən əsasən obyektlərin tanınmasında geniş istifadə olunur.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Kamran Cəfərzadə məlumat verilib.

K.Cəfərzadə süni neyron şəbəkəsi ChatGPT haqqında danışıb. O qeyd edib ki, ChatGPT – ötən il GPT-3.5 arxitekturası əsasında istifadəyə verilən, OpenAI (Open Artificial Intelligence) tərəfindən hazırlanmış, danışıq xarakterli və təbii dil sorğularını dəstəkləyən, süni intellektə malik çatbotdur. ChatGPT mətnlər yaratmaq, məqalə, şeir və sonetlər yazmaq, tərcümə etmək, istənilən mövzu ilə bağlı sualları cavablandırmaq, proqram kodu yazmaq, onlarla işləmək, eləcə də səhvləri aşkarlamaq və digər imkanlara malikdir.

O, diqqətə çatdırıb ki, GPT (Generative Pre-Trained Transformer – Generativ Öncədən Təlimli Transformer) – xüsusi olaraq dil yaratma, dil anlama və dil tərcüməsi kimi təbii dilin emal tapşırıqları üçün nəzərdə tutulan neyron şəbəkə arxitekturasının bir növüdür.

Sonra tədqiqatçı GPT-3 modelindən bəhs edib. Bildirib ki, GPT-3 – təbii dil emalı alqoritminin 3-cü nəslidir. Tərtibatçıların fikrincə, bu model ingilis dilində istənilən problemi həll etməyi bacarır. Alqoritm avtomatik tamamlama prinsipi ilə işləyir, yəni mətnin əvvəlini daxil etdikdə proqram onun ən çox ehtimal olunan davamını yaradır. GPT-3 GPT-2 kimi “transformer” arxitekturasına əsaslanan avtoreqressiv generativ dil modelidir.

Daha sonra GPT 4 modeli haqqında söz açan tədqiqatçı bu modelin eyni vaxtda 25 mindən çox sözü emal etməyə qadir olub uzun mətnlər və geniş söhbətlər yaratmağa, sənədləri axtarıb təhlil etməyə imkan verdiyini vurğulayıb.

K.Cəfərzadə ChatGPT-in üstünlükləri və çatışmazlıqlarından da bəhs edib. Söyləyib ki, şəbəkənin üstünlüklərinə yüksək səviyyəli dil bacarıqları, uyğunlaşma, əlçatanlıq, sürət və s., çatışmazlıqlarına isə sağlam düşüncənin olmaması, qərəzlilik, məhdud bilik sahəsi və s. daxildir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi