Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqiblərimiz bəlli olacaq

Bu gün “Neftçi”, “Qəbələ” və “Sabah” komandalarının UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibləri bəlli olacaq.

Tədbir Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.

Püşk zamanı “Neftçi” səpənlənmişlər, “Sabah” və “Qəbələ” isə səpələnməmişlər sırasında yer alacaq.

II raundun 90 komandasından 59-u məlumdur. Digər 31 klub I təsnifat mərhələsindən gələcək. İlk duellərin qaliblərindən 14-ü səpələnmişlər, 17-si isə səpələnməmişlər səbətində olacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP