Məktəbli formasının tez-tez dəyişdirilməsinin səbəbi nədir?

Yeni tədris ilindən etibarən yeni məktəbli formalarının tətbiqinə başlanılması gözlənilir. Bu da valideynlərin narazılığına səbəb olub.

Bəs vahid məktəbli formasının tez-tez dəyişdirilməsinin səbəbi nədir?

Məsələ ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil üzrə ekspert İlqar Orucov bildirib ki, vahid məktəbli geyimlərinə keçid mütləq şəkildə lazımdır. Onun sözlərinə görə, hazırda insanlar tərəfindən vahid məktəbli formalarına münasibət birmənalı deyil:

-“Əksər valideynlər məktəbli formalarının keyfiyyətsiz, zövqsüz tikilməsindən və şagirdlərin sağlamlığı üçün vacib olan elementlərin gözlənilməməsindən şikayətlənir. Digər tərəfdən hazırda bir çox məktəbin özünəməxsus forması var və bu başa düşüləndir. Amma zövq məsələsi həqiqətən də önəmli faktorlardan biridir. Elə ailələr var ki, üç-dörd uşaq məktəbə gedir. Dörd məktəblini geyimlərlə təmin etmək, əlbəttə ki, ailə büdcəsinə böyük təsir göstərir. Bu gün məktəbli geyimi bazarı əslində xeyli böyük bazardır. Bir çox məktəblər bu prosesdən sui-istifadə edirlər. İstehsalçı şirkətləri məktəbli formasını 45 manata satırsa, məktəb həmin formanı 100-120 manata satır. Bu kimi halların qarşısı alınmalıdır. Düşünürəm ki, hazırkı formalar keyfiyyətsizdir. Elə məhz bu səbəbdən də vahid məktəbli formaları tez-tez dəyişir. Yəqin ki, bunu valideynlər də təsdiq edərlər. Hazırda vahid forma ilə bağlı çatışmazlığın aradan qaldırılması ilə bağlı müzakirələr gedir. Yəni belə bir tələb yoxdur ki, mütləq şəkildə gələn ildən vahid məktəbli formasına bütövlükdə keçid tamam fərqli formatda olsun”.

Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, vahid məktəbli forması konkret olaraq Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Ekspertin fikirlərinə görə, xüsusi olaraq vahid məktəbli forması hazırlanarkən şagirdlərin yaş psixologiyası, komfortu nəzərə alınmalıdır:

– “Onun əsasında da bu forma müvafiq olaraq hazırlanmalıdır. Demək olar ki, hər il və yaxud da iki ildən bir forma dəyişdirilir. Fikrimcə, bu, doğru yanaşma deyil. Çünki hər dəfə valideynlər övladlarına yeni forma almağa məcbur olurlar. Düşünürəm ki, bu istiqamətdə vahid bir tənzimləmə olmalıdır. Həmin tənzimləmə mütləq şəkildə Nazirlər Kabinetinin qərarına söykənməlidir. Hər yerindən duran işbaz qərarı müvafiq şəkildə dəyişəcəksə, əlbəttə ki, biz hər il bu formanın dəyişilməsini müşahidə edəcəyik. Düşünürəm ki, vahid məktəbli formasının belə tez-tez dəyişilməsi qanunvericiliyin tələbinə ziddir. Əlbəttə, müvafiq özəl məktəblər və liseylər var ki, onların konkret öz geyimləri var. Onlar bu vahid məktəbli formasına qarışmırlar. Amma yenə orda da konkret olaraq hər kəs eyni formadan istifadə edir.

Formanın hər il dəyişilməsi fikrimcə, doğru yanaşma deyil. Geyim formasında seçim imkanları da var. Yay və qış geyim forması mövcuddur. Bunun da hər ikisini valideynlər almalıdırlar. Bu da təbii ki, ailə büdcəsinə sözün həqiqi mənasında kifayət qədər təsir etmiş olur. Təsəvvür edin ki, hər il bunu dəyişəndə ailə büdcəsi nə qədər ziyan çəkmiş olur. Ona görə Elm və Təhsil Nazirliyi konkret bu istiqamətdə yekun bir qərar verməlidir”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır