Hakerlərdən qorunmağın mümkün yolları

Son zamanlar hakerlər müxtəlif yollarla “iPhone” istifadəçilərinin cihazları üzərində tam nəzarəti ələ keçirirlər. Daha sonra isə, smartfon sahiblərinin hesablarına daxil olmalarına mane olurlar. Bu vaxt istifadəçilərin fotoşəkillərə, mesajlara  daxil olması bloklanır. Hətta maliyyə proqramlarına daxil olunur və bank kartından pul da oğurlanır.

Bəs, təhlükəsizliyi artırmaq üçün nə edilməlidir?

İlk addım güclü parolun qoyulmasıdır. “Apple” telefonunuzun ekranını açmaq üçün “Face ID” və ya “Touch ID” istifadə etməyi tövsiyə edir. Bu yolla ictimai yerlərdə kiminsə sizin parolunuzu görmək şansı azalır.

Əgər bu funksiyalardan istifadə etmirsinizsə, bu zaman hərflərdən, rəqəmlərdən və müxtəlif simvollardan ibarət mürəkkəb parol seçməlisiniz.

“iPhone”da valideynlərin uşaqlarının telefondan istifadəsini məhdudlaşdırmaq üçün istifadə etdiyi “ekran vaxtı” parametri var. Burada söhbət ikinci paroldan istifadə etməkdən gedir. Əgər bu parametr aktivdirsə, “Apple ID”ni dəyişməzdən əvvəl bu parolu daxil etmək lazım olacaq.

Bu funksiyanı “parametrlər” bölməsinə girib, oradan aktivləşdirmək olar. Buradan ekran vaxtını və dayanma müddətini yandırın.

Müntəzəm olaraq “iCloud” və ya “iTunes” ehtiyat nüsxələrindən istifadə etməklə telefonunuzun oğurlanmasının qarşısını ala bilərsiniz.

Siz “Google Foto”, “Microsoft OneDrive” ya “Dropbox” kimi digər bulud xidmətlərində vacib faylları və məlumatları da saxlaya bilərsiniz. Telefonunuz hakerlər tərəfindən əl keçirilsə belə, onların hərəkətlərini müəyyən qədər məhdudlaşdırmaq olar.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi