Körpələr evində yanğın təhlükəsizliyi qaydalarına biganəlik

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını həmişə olduğu kimi bu gün də davam etdirir.

Təəssüf ki, yanğın təhlükəsizliyi haqqında çox yazılıb, çox deyilsə də, yenə eyni səhvlər təkrarlanır. Bu da yanğınlar, digər fəlakətlər törədir. Nəticə isə, çox acınacaqlı olur.

İstər adi vətəndaş, istərsə də sahibkar bilməlidir ki, yanğın təhlükəsizliyi qaydalarına biganəlik həyat üçün olduqca təhlükəlidir. Hər kəs bilməlidir ki, yanğın şəxsi və dövlət əmlakına külli-miqdarda ziyan vurur, illərlə qazanılan əmlak bir andaca məhv olur. Ən dəyərlisi  insan həyatıdır ki, qaydalara əməl olunmaması insanların həyatını itirməsi ilə nəticələnə bilər.

Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yeni inşa olunan uşaq evində də təhlükəsizlik qaydaları kobud şəkildə pozulub.  Məlum olub ki, burada yanğın təhlükəsizlik baxımından layihə ekspertizası həyata keçirilməyib. Tikinti meydançasının ərazisi ilkin yanğınsöndürmə vasitələri, o cümlədən su təchizatı ilə təmin olunmayıb. İnşaat işləri bu qayda pozuntuları ilə həyata keçirilir. Bu da  gələcəkdə yanğın hadisələrinin baş verməsinə və digər  problemlərin yaranmasına əsas verir.

Obyektin inşasına cavabdeh şəxslər yanğın təhlükəsizliyi tələblərinə təcili ciddi əməl etməsə, fəsadların ağır olacağı qaçılmazdır.

Yanğın təhlükəsizliyi ilə bağlı nəzarət tədbirlərinin gücləndirilməsinin vacibliyini aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırırıq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi