Beynəlxalq Muğam Mərkəzində “İgidlərin sözü” antologiyasının təqdimatı olacaq

Noyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində şəhid, qazi, həmçinin müharibə iştirakçılarının şeir və esselərinin toplandığı “İgidlərin sözü” antologiyasının təqdimatı keçiriləcək.

Beynəlxalq Muğam Mərkəzinin mətbuat xidmətindən  bildirilib ki, Mədəniyyət Nazirliyinin dəstəyi və şairə Nigar Həsənzadənin təşəbbüsü ilə həyata keçirilən “Söz” ədəbi layihəsinin nəşri olan antologiya 2021-ci ildə çapdan çıxıb. Kitabın ideya müəllifi Nigar Həsənzadə, redaktoru Aida Eyvazlı Göytürkdür.

Antologiyada Aprel şəhidləri və II Qarabağ müharibəsi şəhidləri, həmçinin Vətən müharibəsi iştirakçılarının bədii nümunələri yer alıb.

Qeyd edək ki, “İgidlərin sözü” ədəbi layihəsinin təqdimatı 2021-ci ilin noyabrında BMM-də gerçəkləşib. Layihənin bu il iyulun 14-15-də Şuşada keçirilən Vaqif Poeziya Günlərində də təqdimatı olub. Bu təşəbbüsün həyata keçirilməsində məqsəd ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparmış igid oğulların bədii yaradıcılıq nümunələrini ictimaiyyətə təqdim etməkdir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi