Zəfər Günü münasibətilə Ankaradakı Qazi Universitetində bayram tədbiri keçirilib

Zəfər Günü münasibətilə Azərbaycanın Türkiyədəki Səfirliyi, Ankaradakı Qazi Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” şüarı altında bayram tədbiri keçirilib.

Tədbirin girişində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra iki qardaş ölkənin dövlət himnləri səsləndirilib.

Qazi Universitetinin rektoru Musa Yıldız təcavüzkar Ermənistan tərəfindən otuz il işğal altında saxlanılan torpaqlarımızda hər şeyin dağıdılaraq məhv edilməsindən danışıb. Rektor bildirib ki, böyük Zəfərin qazanılması sayəsində bu torpaqlarda böyük quruculuq işlərinə başlanılıb. Azərbaycan və Türkiyənin bu tarixi prosesdə çiyin – çiyinə çalışır.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Vətən müharibəsində qazanılmış parlaq Qələbənin mənəvi mahiyyətinə toxunaraq bildirib ki, hər bir Azərbaycan vətəndaşı bu Zəfərlə qürur duyur. Mədəniyyət paytaxtımız olan Şuşanın Azərbaycan xalqı üçün xüsusi əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə arasındakı münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin məhz bu şəhərdə imzalanması özündə böyük tarixi mahiyyət yaşadır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov Qarabağ Zəfərinin qazanılmasında Türkiyənin Azərbaycana göstərdiyi qətiyyətli mənəvi-siyasi dəstəkdən bəhs edərək əminliklə diqqətə çatdırıb ki, iki qardaş ölkənin müttəfiqlik münasibətləri əbədiyyətə qədər qorunacaq.

Ankara Universitetinin rektoru Necdət Ünivar çıxışında Türkiyə – Azərbaycan tarixi münasibətlərinə geniş yer ayıraraq vurğulayıb ki, Türkiyə cəmiyyətində Azərbaycana olan sevgini tükənməzdir. Türkiyə və Azərbaycan bundan sonra da bərabər və çiyin-çiyinə olacaqlar.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Eldar Aslanov “Vətən müharibəsi və nəticələri”,- mövzusunda məruzə edib və münaqişənin həlli üçün göstərilən səylərdən danışıb. Azərbaycana qarşı yönəldilən qərəzli ittihamlara baxmayaraq, ölkəmiz öz gücü sayəsində 30 illik amansız işğala son qoyub.

Çıxışlardan sonra təltiflər təqdim edilib.

Tədbirin sonunda iştirakçılar ADPU-nun prorektoru şairə Mahirə Hüseynovanın şeirlər həsr etdiyi Qarabağ Zəfərinə aid fotolardan ibarət sərgi ilə tanış olublar.

Qazi Universitetinin nəzdindəki Türk Dünyası Təcrübə və Tədqiqat Mərkəzinin müdiri Alev Çakmakoğlu Kuru məruzəsində məlum işğal dövrü Şuşada Ermənistan tərəfindən türk-müsəlman izlərinin silinməsi istiqamətində aparılan sistematik vandalizm aktlarından danışıb.

Zəfər tədbiri Xocalı soyqırımı və Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş lövhənin Qazi Universitetində yerləşdirilməsi ilə başa çatıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi