Rəşad Dağlı qonşusunu qətlə yetirdi

Məşhur meyxanaçı Rəşad Dağlı qonşusunu qətlə yetirib.

Hadisə Qaradağ rayonunda baş verib.Belə ki, Lökbatan dairəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.

Rəşad Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.

DİN mətbuat xidməti fakt təsdiqləyib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP