Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik etdi

Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibəti ilə təbrik edib.

Bu barədə səfirliyin Tvitter səhifəsindəki paylaşımda deyilir:

“Azərbaycan xalqının tarixinə qızıl hərflərlə həkk olunmuş 8 Noyabr – Zəfər Gününün ikinci ildönümü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, bu möhtəşəm zəfərin qazanılmasında canlarını fəda etmiş şəhidləri hörmətlə yad edir, qazilərimizə şəfa diləyirik”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP