Ermənistan istəyinə çatmadı – 13 hakimdən RƏDD CAVABI

“Bildiyiniz kimi, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasını əsassız sayaraq rədd edib. Söhbət Ermənistanın bu ilin 12-14 sentyabrında törətdiyi hərbi təxribatı zamanı Azərbaycan ordusu tərəfindən əsir alınan və humanitar əsasda bir jest olaraq oktyabrın 4-də İrəvana təhvil verilən 17 hərbçiyə qarşı guya zoraklıq hallarının baş verməsi və Azərbaycanın bu sahədə qüvvədə olan beynəlxalq konvensiyanı pozması ilə bağlı Ermənistanın rəsmi iddiasının rədd edilməsindən gedir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

“Baxmayaraq ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi də əsir götürülmüş ermənilərə hər hansı bir işgəncə verilmədiyini və onlarla beynəlxalq humanitar qanunların tələblərinə uyğun rəftar edildiyini təsdiq etmişdi. Beynəlxalq Ədalət Məhkəməsinin 3 hakimi Ermənistanın bu qanunsuz tələbini dəstəkləsə də, təqdirə layiq haldır ki, Məhkəmənin 13 hakimi bu tələbi rədd etdi. Hesab edirəm ki, ədaləti müdafiə edən həmin 13 hakimə hamımız təşəkkür etməliyik”, – deyə deputat vurğulayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi