Son iki saatda 14 İran PUA-sı məhv edilib

Ukraynanın Nikolayev vilayətində son iki saat ərzində İran istehsalı olan 14 “Şahed” PUA-sı zərərsizləşdirilib.

Bu barədə Ukrayna Hərbi Hava Komandanlığından bildirilib.

Qeyd olunub ki, “Cənub” Hava Komandanlığı 9, Ukrayna Hərbi Dəniz Qüvvələri 2, Milli Qvardiya 2, Milli Polis isə 1 PUA-nı məhv edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP