Ayaqqabılarınızı soyunun, ruhunuz iylənir.. – Mintac ELSEVƏR yazır…

Rəhmətlik, qədri-qiyməti bilinməyən Məmməd Nazimoğlumuz vardı. Mətbuatımızın şəhdi-şirəsi, dadı-tamı, yağı-qaymağı, duzu, ədəvası, ətri idi. Bir sözlə mətbuatımızın bihuşdarısı idi. Fəqət, sədd heyf, bu möhtəşəmlikdə aydın, ziyalı kişinin qədri-qiyməti bilinmədi. Əsl mətbuatçılar, söz qədri, mətbuat dəyəri bilənlər yaxşı bilir kim idi Məmməd kişi. Və bir neçə onun kimi dəyərlilərimiz vardı. Ki, hamısı erkən getdilər. Elə bil söz qoymuşdular. Ard-arda, baş götürüb getdilər. Bəlkə də anlamırıq, amma bir bilsəniz özlərilə nələri aparıblarmış, xəbərimiz olmayıb. Nədən Məmməd müəllimi xatırladım? Deyim. Ölümündən bir neçə il qabaq “Şans ” qəzetində bir məqalə yazmışdı. Mövzusunu demirəm. Məqalənin adı belə idi: Dəf olun!

Hər şeyin ifrata vardığını görəndə, gücünün heç nəyə yetmədiyini və yetməyəcəyini də biləndə bircə kəlmə bağırıb “dəf olun” demək istəyirsən. Xaraktercə zəif adam deyiləm. Dözmə qabiliyyətim də yerindədi. Amma etiraf edim ki, mat qaldığım məqamlar var. Yekə-yekə danışıb sonra xırdalanan adamlar görəndə, ətim çimçəşir. İki cümləni yan-yana düzüb fikrimi deyə bilmirəm. Bu belə.
Azərbaycan televiziyasının əməkdaşıyam. 30 ilə yaxın jurnalist fəaliyyətim var. Bacardığım qədər ləyaqətlə çalışmışam. Heyrətləndiyim hadisələr, adamlar, məqamlar olub. İndi heyrətim-filanım qalmayıb. Sadəcə qəzəbim var, onu da kimə tökəcəyimi bilmirəm. Çünki çoxdular.
30 il keçdi aradan. Geri aldıq haqqımız olan torpaqları. Amma nələrin bahasına? Lay divar oğulların, qoynuna alanda torpağın belə diksindiyi cavan canların hesabına! Şəhidin adını çəkəndə hər kipriyi bir damla yaşa dönən analar, gəlinlər, bacılar, qəddi bükülən atalar yüzlərlədi aramızda. Amma aramızda başqa varlıqlar da var. Onlaradı xitabım: 30 ildi bircə torpağımız alınsın ora dizin-dizin sürünərək gedərəm deyənlər! Təki Vətənə dönək, hər nəyim varsa qurban verərəm deyənlər! Ən böyük arzum Qarabağ alınsın, orda konsertlər verək, orda oxuyaq deyənlər! Bu gün bilirsiz nə deyirlər?(Təbii istisna sənətkarları çıxmaq şərtilə) İndi deyəcəm.
Əl-qərəz  Azərbaycan Televiziyasında “Oxuyur Vətən” adlı layihə hazırlayırıq. İşğaldan azad olunan bölgələrimizdə o yerlərin hazırkı halını ehtiva edən şərqilər çəkirik. Məqsəd Vətənimin xarabası belə cənnətdi, gözəldi, bizimdi deyib bağrımıza basmaqdı. Və bu torpaqlarda can qoyan balalara, canlara, igidlərə, aslanlara qürur laylası oxutmaqdı.
Və müğənnillərimizi çağırırıq o yerlərdə çəkilişə.

-Laçına gedirik, dostum! İştirak üçün dəvət edirəm.

Və aldığım cavablar:
-Yol uzaqdı e Mintac, gedə bilmərəm. İşlərim də çoxdu bu aralar;
– Oralar təhlükəlidi axı;
-Neçə saatlıq yoldu? Uzaqdı e çox;
– Qalmağa yer var ki oralarda?;

İlk baxışda bəsit suallardı hə? Hə. Amma allaha and olsun heç birinə tutarlı cavab verə bilmirəm. Eləcə içimdə pörtləyib-daşıram. Adları, evləri, qazancları, yerli-yatağında istirahət günləri. Hamısına sahibdilər. Torpağa da ayaqlarını rahat basırlar, bahalı ayaqqabılarıyla. Amma şəhid yiyələrinin heç birində bu komfort, bu rahatlıq, bu imkanlar  yoxdu. Azdan-çoxdan dövlətin yaşamağa çatacaq qədər verdiyi imkanlar var. Onlar da ki, rahatlığı düşünmür, axtarmır. Çünki canlarının rahatlığını pozan əbədi dərdləri var – balaları şəhiddi… Yoxdu, olmayacaq, bir də ona toxunmayacaq qədər yoxdu!..
-Yol uzaqdı e Mintac, gedə bilmərəm. İşlərim də çoxdu bu aralar.
 – Şəhidlər o qədər uzaqdadı ki, sahibləri onlara çatmaq üçün ancaq olməlidirlər. Sənsə, müğənni, ora 8 saata çatacaqdın..
– Oralar təhlükəlidi axı…
– Təhlükə adi haldı. Adamlar gözgörəsi ölümə getdilər. Onlar torpağn altında, sən üstündəsən indi. Buna görə dəyər təhlükəni gözə almağa.
-Neçə saatlıq yoldu? Uzaqdı e çox…
– Ana var, bacı, qadın, ata var, ona beşcə saniyə sarılmaq üçün kilometlərlə yola hazırdı. Amma yoxdu o yol. O sənin ayağının altındakı rahat yoldu, müğənni, ifaçı.
– Qalmağa yer var ki, oralarda? 

– Sənin layiq olmayacağın yerlərdi deyimmi oralar?!!!!! Amma getsəydiz bəlkə qazanardın o etibarı. Siz, siz, ifaçılar, müğənnilər, ora sadəcə oxumaq üçün yox, ömrünü sizə qurban verənlərə təşəkkür etmək üçün getməliydiniz, getməlisiz. Amma insanın bir adı da unutmaqdı. Bir adı da nankordu, təşəkkürsüzdü. Getmirsiz, getmək istəmirsiz. Bəhanələr gətirirsiz. Getməyin, bəhanə də etməyin. Mən də haqqımca yazım ki, heyif o oğullardan… Ki, altında yatdıqları torpaqların üstündə siz gəzirsiz. Arada soyunun ayaqqabılarınızı, ruhunuz iylənir..

P.S: DƏF OLUN!

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib