44 günlük Vətən müharibəsinin xronikası: 3 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Vətən müharibəsinin xronikasını təqdim edirik:

 Prezident İlham Əliyev Azərbaycan ordusunun Madagizdə (indiki Suqovuşan) Azərbaycan bayrağını qaldırdığnı və Tərtər, Cəbrayıl və Füzulinin bir neçə kəndlərinin işğaldan azad olunduğunu açıqlayıb.

– Müdafiə Nazirliyi düşmənin məhv edilən döyüş texnikasının siyahısını açıqlayıb. Düşmənin 230-dək tank və digər zirehli texnikası,250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan,38 ədəd hava hücumundan müdafiə vasitələri,10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi,7 silah-sursat anbarı,130-dan artıq avtomobil texnikası,1 ədəd “S-300” zenit-raket kompleksi məhv edilib.

– Oktyabrın 3-ü gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb və ona sarsıdıcı zərbələr endirilib.

– Oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb.

– Ermənistan yaşayış məntəqələrimizi artilleriya atəşinə tutub.Tərtər şəhəri, rayonun Səhləabad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcəbədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboyun Tapqaraqoyunlu kəndi intensiv artilleriya atəşinə tutulub.

– Baş prokurorluqdan bildirib ki,Sentyabrın 27-dən etibarən erməni silahlı bölmələri tərəfindən yaşayış məntəqələrimiz atəşə tutması nəticəsində 14 nəfər kişi, 3 nəfər qadın, 2 nəfər isə azyaşlı həlak olub.

– Müdafiə Nazirliyi düşmənin döyüş vasitələrinin darmadağın edilməsi görüntülərini yayıb.

– Müdafiə Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdən videogörüntülər yayıb.

– Bakı sakinləri Suqovuşan kəndinin azad edilməsini evlərinin eyvanlarında qeyd ediblər.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi