Yeni Qanun qüvvədə – Müqaviləsiz çalışan jurnalistlərin aqibəti necə olacaq?

Jurnalistlərin Media Reyestrinə daxil edilməsi, çıxarılması və daxil edilməkdən imtina edilməsi qaydaları müəyyənləşib. Media reyestrinə daxil olmaq üçün jurnalistlər müəyyən kriteriyalara cavab verməlidirlər. Bu şərtlərdən biri də media subyektində əmək müqaviləsi ilə çalışmaq məcburiyyətidir. Məlum məsələdir ki, bir çox media orqanlarında jurnalistlər müqaviləsiz çalışır. Bu problem illərdir öz aktuallığını qoruyur.

Məsələ ilə bağlı  Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, təsdiqlənən qaydalar “Media haqqında” Qanuna əsaslanır və olduqca müsbətdir:

 

“Qanunvericilikdə bütün bu tip məsələlər kifayət qədər təsnif edilib. Orada media reyestrinə daxil edilən KİV subyektləri, eyni zamanda media reysterinə daxil olan jurnalistlər, həm də fərdi qaydada mülki müqavilə ilə fəaliyyət göstərən jurnalistlər bölümü var. Bu onu göstərir ki, sadəcə KİV subyektlərində işləyən jurnalistlər deyil, mülki müqavilə ilə işləyən jurnalistlərin də reyestrə düşmək hüququ təmin olunur. Bu jurnalistlər üçün kifayət qədər geniş imkan yaradır. Onlar işlədikləri redaksiyalarda öz işlərini müqavilə əsasında qurmaqla reystrə daxil ola biləcək”.

Onun sözlərinə görə, reyestrin aparılmasında əsas məqsəd fəaliyyətini qanunvericilik əsasında quran KİV qurumlarının, jurnalistlərin və mülki müqavilə ilə çalışan jurnalistlərin sayını bilməkdir:

“Həm qanunda, həm də müvafiq sərəncamda əksini tapan məsələ jurnalistlər üçün böyük imkanlar açır. Bu nəinki, jurnalistlərin fəaliyyətini məhdudlaşdırmır, əksinə geniş fəaliyyət imkanı açır. Yəni Azərbaycanda heç vaxt mülki müqavilə ilə çalışan şəxslərin reyestrə düşməsi prinsipi olmayıb. Bu gün isə həmin fürsət onlara verilir. Bu baxımdan media sahəsində fəaliyyəti fasiləsiz və qanuni olan şəxslərin reyestrə daxil olması əsas götürülür. Bu, jurnalistlər üçün daha xeyirlidir”.

 

Media hüquqları üzrə ekspert Ələsgər Məmmədlinin sözlərinə görə, qanun tələb edir ki, kim reyesterə daxil olacaqsa, onun ya əmək müqaviləsi, ya da VÖEN-i olmalıdır.

Ekspertin sözlərinə görə, bunlardan heç biri olmadığı halda şəxslər jurnalist sayılmadıqları üçün daha sonra onların fəaliyyətinə yaranmış maneələr də aradan qaldırılmayacaq: “Ümumiyyətlə, əgər kimsə jurnalist kimi işləyirsə, lakin əmək müqaviləsi yoxdursa, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətində mübahisələndirə bilər. Burada əsas problem o deyil. Əsas problem müstəqil olaraq çalışan, tələbə olub könüllü işləyənlərin tamamilə kənarda qalmasıdır”.

Qeyd edək ki, yeni sərəncama görə Reyestrə daxil edilmək üçün müraciət etmiş jurnalistlərin Reyestrə daxil edilməsindən aşağıdakı hallarda imtina olunur:

 

– ali təhsili olmadıqda;

 

– fəaliyyət qabiliyyətli olmadıqda;

 

– ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edildikdə;

 

– məhkumluğu ödənilmədikdə və ya götürülmədikdə;

 

– media subyekti ilə əmək müqaviləsi olmadıqda (fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin azı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır);

 

– Reyestrə daxil edilməmiş media subyektində işlədikdə;

 

– işlədiyi media subyekti davamlı fəaliyyət göstərmədikdə (müraciət tarixinə qədər fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla);

 

– fəaliyyəti Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmadıqda;

 

– işlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə Qanunun 59.7-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq olduqda;

 

– jurnalistika sahəsi üzrə iş stajı 3 (üç) ildən az olduqda və ya elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində 3 (üç) ildən az fəaliyyət göstərdikdə;

 

– jurnalist kimi fəaliyyət göstərdiyi müddətdə peşə etikası (etik davranış) qaydalarına riayət etmədikdə;

 

– fərdi sahibkar kimi vergi uçotuna alınmadan fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işlədikdə.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib