Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi milli komandamızın üzvləri ilə görüşüb

Azərbaycan Şahmat Federasiyasında (AŞF) qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüş keçirilib.

Federasiyadan  bildiriblər ki, tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov Hindistanda keçirilən Ümumdünya Şahmat Olimpiadası və Çexiyadakı şəxsi Avropa Çempionatının yekun nəticəsi barədə danışıb.

“Hindistanda Ümumdünya Şahmat Olimpiadasında qadın şahmatçılardan ibarət yığma əzmkar mübarizə sərgilədi. Son turadək çempionluq şansı var idi. Millimizin mükafatçılardan kənarda qalması ədalətsiz nəticə oldu. Amma şahmatçılarımız gələcəkdə bizi böyük qələbələrə sevindirməyə hazır olduqlarını göstərdi. Çexiyadakı şəxsi Avropa çempionatında qazanılan medalları şahmatçılarımızın yüksək ustalığının və gərgin əməyinin nəticəsi kimi qiymətləndirirəm. Günay Məmmədzadə çempionluğa çox yaxın oldu, sonda gümüş medalla kifayətləndi. Ülviyyə Fətəliyeva Vətənə bürünc medalla qayıtdı. Bu nəticələr gələcəyə böyük ümidlə baxmağa imkan verir. Hiss olunur ki, millimiz böyük qələbə ərəfəsindədir. Dövlətimiz daim şahmatçılara böyük diqqət göstərir. Azərbaycan Şahmat Federasiyası olaraq qadın şahmatçılarımıza gələcəkdə də lazımi şəraiti yaratmağa çalışacayıq. Eyni zamanda, mühüm əhəmiyyət kəsb edən turnirlərdə iştirakınız, məşqçi heyəti ilə hazırlığınız təmin olunacaq”, – deyə Mahir Məmmədov bildirib.

AŞF-nin birinci vitse-prezidenti Faiq Həsənov qadın şahmatçıların uğurunu təlim-məşq toplanışlarında aparılan yüksək hazırlığın nəticəsi kimi dəyərləndirib.

“Olimpiadada qızlarımız heç bir rəqibdən çəkinmirdi. İddialı komandalara qarşı layiqli mübarizə aparmaqla böyük təcrübə göstərdilər. İndiyə qədər heç vaxt qadın yığmamız bu səviyyədə hazırlıq keçməyib. Uğurlar yüksək hazırlığın nəticəsidir. İnanıram ki, növbəti olimpiadada qadın yığmamız ilk üçlükdə yer alacaq”, – deyə Faiq Həsənov bildirib.

Qadın şahmatçılardan ibarət millinin kapitanı Nicat Məmmədov olimpiadada medal qazana bilmədiklərinə görə məyus olduqlarını söyləyib: “Hindistanda ilk turlarda medal qazanmaq uğrunda iddiamızı göstərməyə çalışdıq. Ümumilikdə oyunumuzu yaxşı qiymətləndirmək olar. Amma təəssüf medal qazana bilmədik. Medalsız qalmağımız bizi məyus etdi. Fikrimcə millidəki hər şahmatçı üzərində çalışmağı davam etdirməlidir. Milli üzvləri inkişafını artırmalıdır. Avropa çempionatının bürünc medalçısı Ülviyyə Fətəliyeva çıxış edərək yaradılan şəraitə görə federasiya rəhbərliyinə təşəkkür etdi. Mötəbər yarışlar ərəfəsində yaxşı hazırlıq keçdik. Hiss olunur ki, komandamıza inanırlar. Bu bizə əlavə güc verir. Dəstəyə görə federasiya rəhbərliyinə, məşqçi heyətinə çox sağ ol deyirəm”.

Qitə çempionatının gümüş mükafatçısı Günay Məmmədzadə gələcəkdə daha güclü məşqçi heyəti ilə çalışmaq istəklərini söyləyib. “Milli komanda olaraq inkişaf etmək istəyiriksə məşqlər davam etməlidir. Gələcəkdə daha güclü məşqçi heyəti ilə işləmək istəyərdik”, – deyə Günay Məmmədzadə əlavə edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir