Əcnəbi jurnalistlər erməni vandallığı ilə tanış oldular

“Al Jazeera”, “Independent”, “El Mundo” və bir sıra digər əcnəbi media qurumlarının nümayəndələri Füzuli rayonunda səfərdə olublar.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi Rayonu tərkibində işğaldan azad edilmiş ərazilər üzrə Xüsusi Nümayəndəliyindən bildirilib.

Qonaqlara bölgədə törədilmiş vəhşiliklər, dağıdılmış dini-mədəni abidələr və gələcək planlar haqqında məlumat verilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP