Azərbaycanda Atatürk Mərkəzində “Nuru Paşa dastanı” kitabının təqdimatı olub

Sentyabrın 14-də Azərbaycanda Atatürk Mərkəzində tanınmış şair-publisist, AYB-nin üzvü Güləmail Muradın “Nuru Paşa dastanı” kitabının təqdimatı keçirilib.

Mərasimdə çıxış edən yazıçı, publisist, filologiya elmləri namizədi Məti Osmanoğlu kitab haqqında fikirlərini bölüşüb. Bildirib ki, yaradıcılığında daim vətənpərvərlik mövzusuna xüsusi yer ayıran istedadlı şairə Güləmail Murad “Nuru Paşa dastanı”nda da vətəndaşlıq mövqeyindən çıxış edərək yenə də qiymətli bədii əsər ortaya qoyub. Özünün individual yanaşması ilə bu qəhrəman obrazının təbii, bədii boyalarla təqdimatını verən müəllif oxucuya sözünün qüdrətindən doğulan elə bir obrazı təqdim edir ki, oxucu bu obraz vasitəsilə tarixi keçmişinə dönür və doğma obrazın qəhrəmanlığını sevə-sevə göz önünə gətirir. Əsər boyu qəhrəmanına sevgi sərgiləyən müəllif sözün polisemantikasından istifadə edərək obrazının təqdimatını bədii ustalıqla verir.

Tədbirdə filologiya elmlər doktorları Valeh Nəsibli, Salidə Şərifova və başqaları kitabın məziyyətlərindən danışıblar. Diqqətə çatdırılıb ki, G.Muradın “Nuru Paşanın dastanı” kitabında qardaş Türkiyənin ölkəmizə əsl qardaş münasibəti sərgilədiyinin şahidi oluruq. Əsərdə işıqlandırılan əfsanəvi qəhrəman Nuru Paşa obrazı türkçülüyün qoruyucusu kimi yadda qalır, xalqımızın ağır günündə Azərbaycanın müdafiəsi naminə vuruşur. Əsərin bədii çəkisi olduqca ağırdır.

Güləmail Muradın yaradıcılığını neçə illərdi sevə- evə izlədiklərini vurğulayan çıxışçılar diqqətə çatdırıblar ki, yaradıcılığa lirik şeirlərlə başlayan şair son otuz ildə qələmini süngüyə çevirib, hərbi mövzuda iyirmiyə yaxın kitab nəşr etdirib. “Qarabağ harayı” yalnız onun yox , bütün Azərbaycan xalqının fəryadı idi. Onun sonrakı kitablarında da qəhrəmanlarımızın döyüş yolları, torpaq uğrunda canından keçən oğulların şücaəti bədii boyalarla, həzin misralarla qələmə alınıb.

Natiqlər müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi