KTMT iclasındakı etiraflar ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ

Xəbər verdiyimiz kimi, sentyabrın 13-də KTMT-yə sədrlik edən Ermənistanın təşəbbüsü ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının videokonfrans vasitəsilə növbədənkənar sessiyası keçirilib. İclasda Ermənistanın Baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistanın baş naziri Koxir Rəsulzoda, Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç iştirak ediblər. Nikol Paşinyan dövlət başçılarına sentyabrın 13-də gecə yarısından başlayaraq ağır silahlar və PUA-ların tətbiqi ilə toqquşmaların baş verdiyi Ermənistan-Azərbaycan sərhədində vəziyyət barədə məlumat verib.

KTMT Katibliyindəki mənbələrdən haqqin.az-a verilən məlumata görə, Nikol Paşinyan həmkarlarının suallarını cavablandırarkən bir sıra gözlənilməz etiraflar edib.

Ermənistan tərəfindən bütün Ermənistan-Azərbaycan sərhədinin minalanmasının, eləcə də Azərbaycanla sərhəddə hərbi infrastrukturun yaradılmasının yolverilməzliyi ilə bağlı Azərbaycanın mövqeyini səsləndirən dövlət başçılarından birinin sualına Paşinyan deyib ki, Ermənistan sərhədlərinin mühafizəsini gücləndirmək üçün bu tədbirləri görüb. Beləliklə, Paşinyan ilk dəfə olaraq delimitləşdirilməmiş sərhədin qeyri-qanuni minalanması və Qarabağın bu yaxınlarda işğaldan azad edilmiş rayonları yaxınlığında iri hərbi bazaların tikilməsi faktlarını təsdiqləyib.

Bundan əlavə, dövlət başçılarını son döyüş əməliyyatlarının təfərrüatları ilə tanış edən Ermənistanın baş naziri Azərbaycan ordusunun bölmələri ilə döyüşlərdə həlak olanların həqiqi sayını açıqlayıb. Paşinyan sentyabrın 13-də 150-dən çox erməni hərbçisinin həlak olduğunu bildirib. Baxmayaraq ki, bundan əvvəl Ermənistan parlamentində çıxışı zamanı o, 49 nəfərin öldüyünü açıqlamışdı.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi