Baki metrosunda yeni növ təmassız ödəniş üsullarından istifadə olunacaq

Bakı metrosunda yeni növ təmassız ödəniş üsulları tətbiq ediləcək.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin işarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov deyib.

O bildirib ki, bu istiqamətdə müvafıq test işləri aparılıb, QR kod və bank kartları vasitəsilə turniketlərdə keçid yoxlanılıb. Aparılan işlərdə müsbət nəticələr əldə edilib. Bununla bağlı rəsmi qərar verildikdən sonra yeni sistem tətbiq olunacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP