Futbol şərhçisi oyunun ortasında canlı yayımı tərk edib

Rusiyada televiziya futbol şərhçisi 1-ci liqa matçında hakimin qərarlarından qəzəblənərək, canlı yayım verilişini oyunun ikinci yarısının ortasından tərk edib.

Nəticədə, dinləyicilər matçın qalan hissəsini şərhsiz davam edən veriliş kimi izləməli olub.

Rusiyada 1-ci futbol liqasının “Torpedo” və “Tekstilşik” komandaları arasında oyunun ikinci hissəsində hesab 1-1 olduğu zaman, onlayn video yazısından göründüyü kimi, İvanovo qapıcısı Aleksey Smirnov cərimə meydançasında rəqib komandanın hücumçusunu yıxır.

Lakin oyunun hakimi Pyotr Miroşniçenko penalti əvəzinə “Tekstilşik”in qapısına, cərimə meydançasının xaricindən, sərbəst zərbə təyin edir.
Hakimin bu qərarı oyunu şərh edən Vladimir Nikolskinin qəzəbinə səbəb olur, Rusiyanın Komsomolskaya Pravda qəzeti yazır.

“Torpedo”nun zərbəsi yerinə yetirilərkən top “Tekstilşik” müdafiəçisinin əlinə dəyir – tamaşaçılar bunun növbəti dəfə penalti üçün əsas verdiyini zənn etsə də, hakim oyunu davam etdirmək işarəsini verir.

Matçı şərh etdiyi canlı yayım köşkündən Vladimir Nikolski hakimin bu hərəkətini, hakimlik səviyyəsi barədə uzun-uzadı qəzəbli şərhlə qarşılayır.

İki dəqiqəyədək çəkmiş, qəzəb saçan çıxışından sonra Nikolski təkrar-təkrar “Miroşniçenkoya ar olsun!”, “Rusiya futbolunun eyibi!” şüarlarını qışqıraraq, yerindən qalxır, “Futbola şərhçisiz baxın, sağ olun”, – deyərək, mikrofonu əlindən buraxıb, canlı yayım köşkünü tərk edib gedir.

Sözügedən futbol matçı isə 1-1 hesabı ilə başa çatır.

Rusiyanın RT televiziyasına danışan Nikolski etdiyi hərəkətindən heyifsilənmədiyini bildirib.

“Komandamıza qarşı edilən haqsızlığı görəndə, buna biganə qala bilməzdim”, – o deyib.

O, əlavə edib ki, efirdə söylədiyi çıxışında söyüş işlətmədiyindən qürur hissi keçirir, çünkü klubunu üzr istəmək məcburiyyəti qarşısında qoymayıb.

Şərhçinin hərəkətini “Torpedo”nun azarkeşləri dəstəkləyib (BBC).

“Torpedo” (Vladimir) və “Tekstilşik” (İvanovo) komandaları arasında oyun zamanı, Tekstilşik qapıçısı Torpedonun oyunçusunun yıxılmasına səbəb olub

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi