Sovet əsgərinin abidəsi söküldü

Latviyanın paytaxtı Riqada İkinci Dünya müharibəsində həlak olmuş sovet əsgərinin xatirəsinə ucaldılmış abidə sökülüb.

Abidənin sökülməsi ilə bağlı qərar 2022-ci ilin mayında verilib.

Latviya Seymi abidənin sökülməsinə icazə verdikdən sonra Rusiya Xarici İşlər Nazirliyi buna görə latviyalı deputatları “vampir” adlandırıb.

Rusiya Federasiyasının İstintaq Komitəsi abidənin sökülməsi ilə bağlı cinayət işi açıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP