Tunadan Orxona İpək Yolu Rallisi Azərbaycandan keçərək Qırğızıstanda başa çatacaq

Macarıstandan başlayan Tunadan Orxona İpək Yolu Rallisi ilk olaraq 2022-ci ildə türk dünyasının mədəniyyət paytaxtı Bursa şəhərinədək davam edəcək. Sonra avtomobilı karvan Azərbaycandan keçməklə Qırğızıstana istiqamətində yola düşəcək və yarış orada sona çatacaq.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatından (TÜRKSOY) verilən məlumata görə, türk dövlətlərinin müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan yarışın iştirakçıları 9100 kilometr yol qət edəcəklər. Ümumilikdə 3,5 həftə davam edəcək Tunadan Orxona İpək Yolu Rallisində 5 ölkədən 15 avtomobil və 30 sürücü iştirak edir.

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN), Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə XİN-in Avropa İttifaqı İdarəsi, TÜRKSOY, Şərq-Qərb Dostluq və Sülh Rallisi Dərnəyi başda olmaqla 12 qurumun dəstək verdiyi layihənin iştirakçıları Türkiyənin Ədirnə, İstanbul, Əskişəhər, Ankara, Tokat, Ordu, Trabzon, Rizə və Artvin şəhərlərində mübarizə aparacaqlar.

Ralli Gürcüstan, Azərbaycan, Qazaxıstan və Özbəkistan ərazilərndən keçərək Qırğızıstanda başa çatacaq.

Qeyd edək ki, marşrut üzərindəki ölkələrin və şəhərlərin tarixi, mədəniyyəti, təbiət gözəlliklərini və turizmini tanıtmaq məqsədi daşıyan İpək Yolu Rallisi türk dünyasının mədəniyyət paytaxtı Bursanın da təbliğinə əhəmiyyətli töhfə verəcək. Layihənin əsas məqsədi mədəniyyətlərarası dialoqu təmin etməkdir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

 

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi