“Papanin” və “Xütor”da ƏMƏLİYYAT: 15 nəfər tutuldu
Bakıda narkotik alverçilərinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, paytaxtın Cəlil Məmmədquluzadə (”Papanin”), Şimal şitilliyi (“Xutor”), Namiq Məlikov küçələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər müəyyən olunaraq saxlanılıb.
Nərimanov rayon Polis İdarəsi əməkdaşları 12, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları 3 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görməklə istintaqa təhvil veriblər.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP