Duqinin qızını Rusiya müxalifəti öldürüb – Sensasion İDDİA – VİDEO

Tanınmış rusiyalı siyasətçi, analitik və nəzəriyyəçi, “Rus dünyası” və “Avrasiyaçılıq” nəzəriyyələrinin müəllifi, prezident Vladimir Putinin əsas ideoloqlarından sayılan Aleksandr Duqinin qızı, 30 yaşlı Darya Duqinanın həlak olması ilə bağlı müzakirələr bitib-tükənmir.

Həm xarici KİV-lər, həm də sosial şəbəkələrdə bu mövzuya dair çoxsaylı mülahizələr, iddialar səsləndirilir.

Bu arada hadisənin törədilməsilə bağlı sensasiyalı bir açıqlama da verilib.

Sabiq rusiyalı deputat, mühacirətdə olan İlya Ponomaryov (Putinə müxalifdir) qalmaqallı bəyanatla çıxış edib.

İ.Ponomaryov bildirib ki, Darya Duqinanın avtomobilinin partladılmasına görə məsuliyyəti “Milli Respublika Ordusu” öz üzərinə götürüb. Onun iddiasına görə, bu, Kreml rejiminə müqavimət aksiyası idi.

Ponomaryov efirdə “Milli Respublika Ordusu”nun manifestini də oxuyub. Manifestdə Putin, Rusiya höküməti, güc strukturları cinayətkar elan olunub və onlara qarşı ölkənin daxilində partizan müharibəsinin başlandığı bildirilib.

Analitiklərin fikrincə, İlya Ponomaryovun iddiası sensasiya məqsədi daşıyır və inandırıcı deyil. Bununla belə bu iddia ilə bağlı da sosial şəbəkələrdə geniş müzakirələr açılıb.

Aleksandr Duqin və qızı Darya avqustun 20-də “Ənənələr” festivalında iştirak ediblər. Şahidlərin sözlərinə görə, Aleksandr Duqin tədbirdən qızı ilə birlikdə eyni maşında qayıtmalı olsa da, son anda fikrini dəyişib.

Maşında yalnız Darya Duqina olub. Hadisə Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobilin
partlaması nəticəsində baş verib. İlkin ehtimala əsasən, avtomobilə quraşdırılan bombanın işə düşməsi 30 yaşlı Duqinanın həyatına son qoyub. Onun meyiti tamamilə yanaraq, tanınmaz hala düşüb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP
 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi