Kanada XİN: Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiqliyimizi bəyan edirik

Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiq olduğumuzu bir daha bəyan edirik.

Olaylar.az “Report”a istinadən bildirir ki, bu, Kanadanın xarici işlər naziri Melani Jolinin ölkəsinin Azərbaycanla diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ilə bağlı bəyanatında yer alıb.

“Bu gün Kanadanın müxtəlifliyi, firavanlığı və uğurunun mühüm hissəsini təşkil edən fəal Azərbaycan icması da daxil olmaqla, insanlar arasında xoş əlaqələrə əsaslanan münasibətlərin, Azərbaycan ilə diplomatik münasibətlərimizin 30-cu ildönümü tamam olur.

Ölkələrimiz otuz il ərzində beynəlxalq arenada ümumi dəyərləri daha da möhkəmləndirmək üçün güclü işgüzar əlaqələr inkişaf etdiriblər. Biz həm Ukraynaya humanitar yardım göstərməyə kömək edirik, həm də Əfqanıstanda birlikdə işləmişik və bu, ehtiyacı olanlara kömək etmək üçün qarşılıqlı öhdəliyimizə sübutdur. Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi forumlarda qlobal miqyasda qadınların səlahiyyətlərinin artırılması və ətraf mühitə nəzarətin təşviqində, eləcə də Qafqaz regionunda qaydalara əsaslanan beynəlxalq nizamın və demokratiyanın möhkəmləndirilməsində əməkdaşlıq etmişik, – bəyanatda qeyd olunur.

“Biz bu mühüm günü qeyd edərkən Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiq olduğumuzu bir daha bəyan edirik. Biz gələcək illərdə bu mühüm dostluğu möhkəmləndirərək daha dərin əlaqələr yaratmağı səbirsizliklə gözləyirik”, – sənəddə vurğulanır.

“Azərbaycanla multikulturalizmə birgə sadiqliyimiz güclü olaraq qalır”, – bunu isə Kanada xarici işlər nazirinin Parlament üzrə katibi Rob Olifant tviter hesabında yazıb.

“Bu gün Kanadanın və Azərbaycanın diplomatik əlaqələrinin 30-cu ildönümüdür. Bizim multikulturalizm və müxtəlifliyə birgə sadiqliyimiz güclü olaraq qalır. İnkişaflı və genişlənən Azərbaycan-Kanada icması ölkələrimizə böyük töhfələr verməkdə davam edir”, – Kanadanın Xarici İşlər Nazirliyinin rəsmisi vurğulayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi