Zəngəzur dəhlizi açılmasa, kütləvi köç BAŞLAYACAQ

Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməyə əsasən Azərbaycanı Naxçıvanla birləşdirəcək və bütün region dövlətlərinin iqtisadiyyatına müsbət təsir göstərəcək Zəngəzur dəhlizi açılmalıdır. Ancaq həmin sənədin imzalanmasından 1 il 9 ay keçməsinə baxmayaraq, dəhliz hələ də açılmayıb. Buna səbəb Ermənistanın siyasi rəhbərliyinin qeyri-sabit mövqeyidir.

Ermənistan tərəfi bir tərəfdən sülhə hazır olduqlarını, Azərbaycana qarşı ərazi iddialarında olmadıqlarını bildirir, digər tərəfdən hərbi təxribatlara əl atırlar. Sülhdən yayınmaq üçün vəziyyəti qəsdən mürəkkəbləşdirirlər. Ermənistanın ikili oyunları iki ilə yaxındır reallaşması gündəmdə olan Zəngəzur dəhlizinin açılmasını əngəlləyir.

Bəs, Zəngəzur dəhlizinin açılmasına mane olan tərəfi nələr gözləyir? 

 

 

Bu barədə Milli Məclisin Təhlükəsizlik siyasəti, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan tərəf məhz Ermənistandır. Onun sözlərinə görə, İrəvan dəhlizin açılmasının onlara faydalı olacağını başa düşmək istəmir:

“Ermənistanın rəsmi dairələri bunu açıq bildirməsələr də, hər halda məsələnin həllinə maraq göstərmirlər. Ermənistan ictimaiyyətində isə dəhlizlə bağlı çox ciddi fikir ayrılıqları var. Lakin iş burasındadır ki, bu dəhliz açılarsa, ən çox fayda görən tərəf Ermənistan olacaq. Dəhlizin mövcud olması Ermənistan büdcəsinə heç bir  investisya qoyulmadan, əlavə xərc çəkilmədən böyük vəsaitlərin daxil olmasına gətirib çıxaracaq”.

Deputat qeyd edib ki, Zəngəzur təkcə Azərbaycanla Naxçıvanı birləşdirən dəhliz olmayacaq:

“Bu layihə onlarla ölkənin Zəngəzur dəhlizi vasitəsilə öz iqtisadiyyatını bir-birinə birləşdirməsinə səbəb olacaq. Azərbaycanın Naxçıvanla birləşmək üçün alternativ variantları var. Əgər Ermənistan dəhlizin açılmasına razılıq verməsə, Azərbaycan İran ərazisindən avtomobil və dəmiryolu xətti çəkməklə alternativ variantı işə salacaq. Uduzan yenə Ermənistan olacaq

“Vaxtilə Azərbaycan torpaqlarının işğalda saxlanılması neft və qaz kəmərlərinin Ermənistan ərazisindən keçməsinə mane oldu. Azərbaycan indi də alternativ variantını işə salacaqsa, artıq Zəngəzur dəhlizinin zərərini ilk növbədə Ermənistan çəkəcək. Ermənistan əhalisi ölkənin gələcək prespektivini görmədiyi üçün durmadan ölkədən köçür. Əgər razılıq verməsələr, hazırkı ağır vəsiyyət daha da kəskinləşdirəcək. Ermənistandan yenə də kütləvi köç başlayacaq”,

 

Deputat Rasim Musabəyov isə qeyd edib ki, Ermənistanı Zəngəzur dəhlizinin açılmasına razı salmaq üçün ciddi təzyiq göstərmək lazımdır:

“Hazırda biz dəhlizin açılması üçün Ermənistana təkliflər verir, eyni zamanda təzyiq göstəririk. Ancaq qarşı tərəf inad etsə, özlərini nəqliyyat blokadasında saxlamalı olacaqlar. Hələ üstəlik Laçın dəhlizini də bağlamaq imkanımız olacaq”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi