Azərbaycanın iki yunan-Roma güləşçisi U-17 dünya çempionatının finalına yüksəli

Azərbaycanın 2 yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatının finalına yüksəlib.

Çempionatda Fəraim Mustafayev (55 kq) və İsmayıl Rzayev (80 kq) bütün rəqiblərinə qalib gələrək finala yüksəliblər. F.Mustafayev həlledici görüşdə hindistanlı Surac Surac, İ.Rzayev isə türk Alperen Berberlə üz-üzə gələcək.

Milli komandamızın üzvləri Səid Xəlilov (48 kq), Əli Əlizadə (65 kq) Məzahim Mərdanov (110 kq) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, dünya çempionatına iyulun 31-də yekun vurulacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP