Lotu Qulinin adamını Kamçatkada tutdular: Onu ora kim göndərmişdi?
Rusiyanın Kamçatka diyarında azərbaycanlı kriminal avtoritet Cəmşir Məmmədov saxlanılıb.
C.Məmmədov Lotu Qulinin varisi Namiq Səlifovun adamı kimi tanınır. “Brodyaqa” ləqəbli Məmmədov Ukraynada həbs həyatı yaşayıb.
2021-ci ilin sentyabrında isə Sankt-Peterburqa köçüb. Həmin vaxt o, xüsusi tapşırıq alıb. Namiq onu Kamçatkaya göndərərək yarımadada nəzarəti ələ keçirməyi tapşırıb.
Cəmşir Məmmədov 2021-ci ilin dekabrında Kamçatkaya gəlib və orada “qara kassa” yaradıb. Sahibkarları ona külli miqdarda pul verməyə məcbur edib.
Hazırda C. Məmmədov Kamçatkada təcridxanada saxlanılır.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP