İran sərhədindən Türkiyəyə daxil olan terrorçular zərərsizləşdirildi
“Vandakı Eren Abluka-22 əməliyyatında qəhrəman jandarmımızın uğurlu əməliyyatı ilə İran sərhədindən Türkiyə ərazisinə keçən biri iranlı olmaqla, iki terrorçu Van Özalp çölündə zərərsizləşdirilib.
Bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu Twitter hesabında yazıb.
“Terrorçulara yenə deyirik, təslim olun, yoxsa bu torpaqlar sizin üçün ölümdür”, – Soylu bildirib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP