Naxçıvanda elektriklə işləyən taksilərin təqdimatı olub

Muxtar respublika rəhbərinin tapşırığı və dəstəyi ilə daha 2 ədəd elektriklə işləyən nəqliyyat vasitəsi taksi xidməti kimi fəaliyyət göstərmək üçün sərnişinlərin istifadəsinə verilib. CHANGAN AUCHAN markalı bu nəqliyyat vasitələri 7 yerlikdir (6+1). Tam yüklü batareya ilə 300-350 kilometr məsafə qət edə bilir.

Naxçıvan şəhərindəki avtobus parkında keçirilən elektriklə işləyən taksilərin təqdimatında bu sözləri “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsin direktoru Əli Hüseynəliyev deyib.

Əli Hüseynəliyev qeyd edib ki, taksilərdə batareyaların tam dolması üçün ev şəraitində (220 V) 5-7 saat, şarj aparatı ilə 100 dəqiqə kifayət edir. Nəqliyyat vasitəsinin sürət həddi 200 km/saatdır. Avtomaşın kondisioner və qızdırıcı sistemlə təmin olunub. Maşınların öndən və arxadan görüntü kameraları vardır. Bu da baş verə biləcək hadisələrin araşdırılmasına köməklik göstərəcək. Həmçinin ABS əyləc sistemi, elektrikli pəncərələr (ön və arxa tərəf), arxa park radar sistemi mövcuddur. Elektriklə işləyən bu maşınlar ekoloji cəhətdən təmiz, yanacaq sərfi baxımdan qənaətcildir. Elektriklə işləyən nəqliyyat vasitələrinin şəhərimizdə xəttə buraxılması sərnişindaşıma səviyyəsinin daha da yüksəldilməsinə töhfəsini verəcək.

Diqqətə çatdırılıb ki, istifadəyə verilən yeni taksiləri işlətmək üçün işə götürülən sürücülər diqqətli olmalı, maşınların sazlığına daim nəzarət etməli, texniki qulluğu vaxtında həyata keçirməli, sərnişinlərə daha yüksək səviyyədə xidmət göstərməli, 288 taksi xidməti ilə sıx əlaqədə işləməlidirlər.

Sonra tədbir iştirakçıları istifadəyə verilən yeni taksilərlə əyani tanış olublar.

Qeyd edək ki, bu il mayın 13-də “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsinə 6 yeni elektrobus təqdim olunub. Elektriklə işləyən nəqliyyat vasitələri müasir sərnişindaşıma xidməti göstərməklə bərabər, ekologiyanın çirklənməsinin də qarşısını alır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi