Şəhriyar Məmmədyarov “Grand Chess Tour” turnirinin üçüncü mərhələsində 7-ci yeri tutub
Xorvatiyanın Zaqreb şəhərində şahmat üzrə “Grand Chess Tour” seriyasının 3-cü mərhələsi başa çatıb.
Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov turnirin rapid və blits yarışlarında iştirak edib. Şahmatçımız yekun nəticəyə görə, 15 xalla 7-ci yeri tutub.
Yarışın qalibi hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (22,5 xal) olub.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP