150 qarabağlı “Azərenerji”nin Qarabağdakı enerji obyektlərində daimi işlə təmin edilib

“AzərEnerji” işğaldan azad edilən ərazilərdə enerji təminatı ilə yanaşı Cənab Prezident İlham Əliyevin “Böyük Qayıdış” strategiyasına uyğun olaraq sistemli məskunlaşma fəaliyyətini də həyata keçirir. “OLAYLAR”-a  “Azərenerji” ASC-dən daxil olan məlumata görə, bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda tikilərək istismara verilən 4 su elektrik stansiyası, 9 yarımstansiya və Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzində, ümumilikdə 14 enerji obyekti üzrə işğaldan azad edilmiş rayonların 150-dən çox sakini daimi işlə təmin edilib.

Qeyd edək ki, enerji obyektlərində kadr seçilərkən kimin hansı rayondan olmasına da xüsusi önəm verilir. Belə ki, kəlbəcərli Kəlbəcərdə, ağdamlı Ağdamda və digər rayon sakinləri də həmçinin öz rayonunda işlə təmin edilir. Hətta Şuşada digər qurumların bəzi əməkdaşlarının da məskunlaşdığı binada “AzərEnerji”nin əməkdaşlarından öz ailəsilə birlikdə yaşayanlar var.

Onu da nəzərinizə çatdıraq ki, “AzərEnerji” tərəfindən tikilərək istismara verilən bəzi yarımstansiyaların mühafizə zonasında yaşıllıq, meyvə bağları salınmaqla yanaşı əməkdaşlar üçün yataqxanalar da yaradılıb və hazırda istismara verilmiş bir neçə yarımstansiyaların yanında, o cümlədən tikintisi davam edən Cəbrayıl və Laçındakı yarımstansiyaların ərazisində də yataqxanalar tikilir. “AzərEnerji” Cənab Prezidentin “Böyük Qayıdış” strategiyasına uyğun olaraq qarabağlıların işlə təmin edilməsi üçün sistemli fəaliyyətini bundan sonra da davam etdirəcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi