“Xiaomi” yeni smartfonu necə olacaq?
“Xiaomi 13” smartfonu barəsində məlumatlar yayılıb.
Yeni model “Qualcomm”un yeni flaqman prosessorunu əldə edəcək ilk telefonlar olacaq.
“Xiaomi 13”ün daha bir vacib funksiyası ondan ibarət olacaq ki, o, 100 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək.
Smartfonun “Snapdragon 8 Gen 2” prosessoru ilə təchiz olunacağı bildirilir. Seriyanın təxmini noyabr ayının sonu, dekabr ayının əvvəlləri təqdim olunacağı ehtimal edilir.
Qeyd edək ki, “Xiaomi 12S” smartfon seriyası bir müddət əvvəl satışa çıxarılmışdı.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP