İran Xarici İşlər Nazirliyinə məxsus avtomobil ağır qəza törətdi: Ölənlər var
İyulun 20-də Tehranın mərkəzində yerləşən Vəliəsr küçəsində saatda 200 kilometr sürətlə hərəkət edən İran Xarici İşlər Nazirliyinə məxsus “Mercedes-Benz” markalı avtomobil qəfil qəza törədib.
Ətrafdakı insanların hadisə yerindən verdiyi məlumata görə, qəza nəticəsində biri yaşlı kişi, digəri isə küçədə işləyən azyaşlı uşaq olmaqla ümumilikdə üç nəfər yerindəcə keçinib. Ətrafdakı mağazalara ciddi ziyan dəyib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP