Dənizdə boğulan iki bacının meyiti TAPILDI

Xəzər dənizinin Nardaran qəsəbəsində boğulan iki bacının meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili məlumat verib.

O qeyd edib ki, hadisə qeyri-çimərlik ərazidə baş verib:

“19 iyul saat 16:12-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə  2 nəfərin dənizdə çimərkən boğulması ilə bağlı məlumat daxil olub.
Hadisə Kürdəxanı qəsəbəsi, 42-ci dalan deyilən ərazinin çimərliyində baş verib. Nəzərə çatdıraq ki, həmin gün hava şəraiti küləkli idi. Şimal-qərb küləyinin əsdiyi vaxtda qeyri-çimərlik ərazidə baş verib”.

Aqşin Əlili kiçik bacının cəsədinin bu gün aşkarlandığını bildirib:

“Uşaqlar dənizə girən zaman valideynlərinin xəbəri olmayıb. Nəzarətsiz qalan uşaqlar dənizə giriblər. 16:12-də bizə məlumat daxil oldu. Biz müdaxilə edənə qədər böyük bacı Ayseli ləpələr sahilə çıxarmışdı. Amma digər kiçik bacının meyiti bu gün 09:14 -də batdığı yerdən 11 km aralıda çıxıb. Sudan çıxarılıb aidiyyatı üzrə təvhil verilib. Ailə Xətai rayonu ərazisində yaşayırmış. İstirahət etmək üçün bu ünvana üz tutublar”.

Qeyd edək ki, ötən gün Xəzər dənizində 2005-ci il təvəllüdlü Abdullazadə Aysel Asəf qızı və 2008-ci il təvəllüdlü Abdullazadə Aygün Asəf qızının boğulması ilə bağlı məlumat daxil olub. Qızların atası Asəf Abdullayev Pentensiar Xidmətində vəzifə sahibidir.

Böyük bacı Aysel Abdullazadə bu il yüksək balla universitetə qəbul olub. Ailədə dörd nəfərdirlər.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi