Lənkəranda döyülən məktəbli stressdədir – “Açıqlanmayan məqamlar var…”

Lənkəranda məktəblinin icra başçısının müavini tərəfindən döyülməsilə bağlı müzakirələr səngimək bilmir. Müzakirələr artdıqca daha çox şəxsin adı hallanmağa başlayır. Bu xüsusda diqqət çəkən icra başçısı Taleh Qaraşovun yersiz müdaxilələridir. Çünki bəzi mənbələrdə məktəblinin döyülməsində dolayısı ilə başçının da əlinin olduğu iddia edilir.

Əsas odur ki, bütün bunlar nəzərə alınaraq, Baş Prokurorluqda cinayət işi açılıb, Lənkəran İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyeva vəzifəsindən kənarlaşdırılıb.

Hadisə ilə bağlı Lənkərana səfər edən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Modern.az-a danışıb.

M. Zeynalova bildirib ki, məsələ göründüyü qədər bəsit deyil.

Hüquq müdafiəçisi döyülən məktəblinin stress vəziyyətində olduğunu vurğulayıb:

 

“Birinci görüş təhsil idarəsində oldu və həmin şagirdlə anası da orada idi. Ana və qızla görüş zamanı hiss olunurdu ki, baş vermiş hadisə Aliyəyə təsir edib, xüsusilə  də o qeyri-əxlaqi ifadələr onu sarsıdıb. Ana bütün resursları cəlb edib bu məsələni axıra çatdırmaq istəyir və müraciətində israrlıdır. Amma hiss edilirdi ki, ananın deməyə çəkindiyi başqa məsələlər də var. O bildirdi ki, bütün bunların hamısını istintaqa deyib.

Bu məsələdə adı çəkilən direktorla da görüşdük. Direktor icra başçısının müavinindən qorxduğunu da dilə gətirdi. Məhz qorxduğu üçün onun dediklərini icra etməyə məcbur olduğunu bildirdi”.

M.Zeynalova bildirib ki, hazırda prokurorluqda hərtərəfli araşdırma aparılır:

“Prokurorluğun məsələ ilə bağlı istintaq aparan əməkdaşı bir neçə maddə üzrə istintaq aparıldığını, uşağı döymə, zorakılıq törətmə və digər məsələlərin araşdırıldığını bildirdi. Həmin şəxs bizi tam əmin etdi ki, məsələ diqqət mərkəzindədir, diqqətlə araşdıralacaq və nəticələrlə bağlı ictimaiyyət məlumatlandırılacaq. Prokurorluq əməkdaşı son olaraq bildirdi ki, şərəf və ləyaqətin açaldılmasını, həmçinin başqa məsələləri prokurorluq ətraflı araşdırır”.

 

 

Xanım sədr Lənkəranda olduğu müddətdə rayon fəalları ilə də həmsöhbət olduğunu diqqətə çatdırıb:

“Rayonun ictimai fəalları, xüsusilə qadınlar söylədi ki, Rasilə Arıfqızı tərəfindən uzun müddət basqılara məruz qalıblar. İctimai fəalların əksəriyyət onun vəzifədən ayrılmasına görə  toy-bayram edirdi”.

Qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

Eyni zamanda, icra başçısının müavini Rasilə Əliyeva və məktəb direktoru Yeganə Əskərovanın barələrində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Lənkəran rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Təhsil İdarəsinə müvafiq təqdimatlar göndərilib.

R.Əliyeva tutduğu vəzifədən azad edilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib