“Bu memorandum ölkəmizin xarici siyasətində Avropa İttifaqı ilə əməkdaşlığında ən böyük nailiyyətlərdəndir”

Bildiyimiz kimi  dünən ölkəmizin ictimai,siyasi həyatında eyni zamanda iqtisadiyatımızın daha inkişafında əlamətdar və tarixi hadisə baş verdi. Belə ki, dünən Avropa Komisiyasının prezidentdi xanım Ursula Fon der Lyayenin və Avropa İttifaqının təmsilçilərinin, eləcə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Millət vəkili Məlahət İbrahimqızı qeyd edib ki, bu hadisə və imzalanmış bu Anlaşma Memorandumu çox böyük tarixi, ictimai, siyasi hadisədir: “Qeyd etmək istərdim ki, imzalanmış Anlaşma Memorondumu həm də əhəmiyyətinə görə Avropa Komisiyasının, tarixində nadir sənədlərdən biridir. Bu memorandum ölkəmizin xarici siyasətində Avropa İttifaqı ilə əməkdaşlığında ən böyük nailiyyətlərdəndir. Əslində sənədin Azərbaycan üçün əhəmiyyəti Avropa Komisiyasının Prezidentinin çıxışının hər bir cümləsində açıq-aşkar ifadə edilir. Hesab edirəm ki, bu Sənəd həm də xalqımızın 44 günlük Vətən müharinəsində qazandığı möhtəşəm Zəfərin birbaşa rəsmi qəbul edilməsi və tanınmasıdır. Minnətdalıqla  qeyd etməliyik ki, bu nailiyyət möhtərəm Prezidentimizin ötən dövr ərzində dövlətimizin xarici siyasətində əsas prioritetlərindən  olan  enerji sahəsində apardığı müdrik və uzaqgörən siyasətin nəticəsidir.  Eyni zamanda Azərbaycan Avropa İttifaqı əlaqələrdə fəal əməkdaşlığının nəticəsidir. Bildiyimiz kimi bu son sənədə qədər bir neçə belə mühüm sənəd imzslanmışdır. Dünən imzalanan Memorandum istər 2006-cı ildə imzalanmış Anlaşma Memorandumunun və 2011-ci ildə imzalanmış Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməsinin  daha təkmil və daha geniş maliyyə tutumlu olması ilə fərqlənir. Son Memarondum Avropa İttifaqının, o cümlədən Azərbaycanın digər tərəfdaşlarının  dəstəklədiyi enerji layihələri olmaqla Avropanın enerji xəritəsinin kürəsəl çağırışlara cavab verən yeni formasıdır.  Bildiyimiz kimi həm Ulu Öndərimiz Heydər Əliyevin, həm də möhtətəm Prezidentimizin müdrikliyi və uzaqgörənliyi sayəsində bugün beynəlxalq aləmdə Azərbaycanı  Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərinin müəllifi hesab edilir. Fəxrlə deyə bilərik ki, bugün 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və beləliklə də Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır. Elə bunun nəticəsidir ki, Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bu mənada Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq və böyük nailiyyətdir. Bundan əvvəl imzalanmış sənədlərdən fərqli olaraq bu Memorondumda neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələlər də nəzərdə tutulur. Belə ki, Avropa İttifaqı Azərbaycanın bərpaolunan enerjinin istehsalına dair böyük potensiala malik hesab edir. Xatırlatmaq yerinə düşərdi ki, son illərdə ölkəmizdə külək və günəş enerjisinə artıq uğurla  ciddi sərmayə qoyuluşu prosesi başlayıbdır. Bildiyimiz kimi artıq Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavata çatıbdır. Avropa İttifaqı tərəfindən  sözsüz ki, dövlətimizin həyata keçirdiyi uğurlu enerji siyasəti çox yüksək dəyərləndirir. Avropa Komisiyasının  Prezidenti də çıxışında  bütün qeyd etdiyimiz məqamları çox yüksək səviyyədə qiymətləndirdi”.

Onun bildirdiyinə görə, dünən imzalanmış və gələcək üçün yol xəritəsi olan Memorandum Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunun da Avropa məkanı üçün mühüm əhəmiyyətə  malik olduğunu ifadə edir: “Həqiqətən də ötən dövr ərzində Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularımızla bizi birləşdirən dəmir yolları inşa edilmişdir. Bütün bunlar Azərbaycanla Avropa İttifaqı arasında gələcəkdə əməkdaşın daha yeni formalarını zəruri edir. Həm cənab İlham Əliyev həm də,  Xanım Ursula Fon der Lyayenin da dünənki imzalanma mərasimindəki çıxışlarında Azərbaycan ilə Avropa İttifaqı arasında yaxın gələcəkdə imzalanacaq yeni saziş üzərində işləndiyi və  Avropa İttifaqının Azərbaycan üçün əsas ticari tərəfdaşı olduğu səsləndirildi. Əlbəttə bu planların həyata keçirilməsi və ticari dövriyyə xalqlarımızın rifahı naminə gələcəkdə daha da artırılacaqdır. Xüsusi qeyd etmək lazımdır ki,  xanım Prezident Ursula Fon der Lyayen öz bəyanatının ilk cümləsində  belə bir mühüm sənədin imzalanmasını möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyəti sayəsində baş verdiyini bildirdi. Əlbəttə bu fikirlər hər bir Azərbaycanlını sevindirir. Xanım Prezident bir daha Azərbaycanı və Prezidentimizi daha etibarlı və etimad edilən tərəfdaş adlandıraraq, ölkəmizin Avropa üçün mühüm enerji tərəfdaşı olduğuni qeyd etdi . Xanım Ursula çıxışında Anlaşma Memorandumun Avropa İttifaqı ilə Azərbaycan arasında enerji tərəfdaşlığı daha da gücləndirəcəyini bildirdi.

O, çıxışlnda Anlaşma Memorandumun çox vacib məqamlarını vurğulayaraq Avropa İttifaqının Azərbaycanın Avropa məkanının enerji təminatıçısı və təchizatçısı kimi strateji əhəmiyyətə malik olduğunu və Avropa İttifaqının da Azərbaycan qarşısında götürdükləri öhdəlikləri qeyd etdi.  Xanım Prezident Memorondumda da əks olunduğu kimi Azərbaycanın  bərpaolunan enerji sahəsində nəhəng potensialına malik olmasını və bu sahədə də Avropa İttifaqı ilə əməkdalığın çox faydalı olmasını bildirdi. O bir daha möhtərəm Prezidentimizin səsləndirdiyi fikirləri dəstəklədiyini,  imzalanan bu Anlaşma Memorandumun bu sahədə də əməkdaşlığın  möhkəm təmələ malik olduğunu qeyd etdi. Avropa Komisiyasının Prezidenti Azərbaycanın yaxln gələcəkdə tədricən Avropa İttifaqı üçün həm də bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcəyinə əmin olduğunu bildirdi.

Son imzalanma mərasimində vacib məqamlardan biri də Xanım Prezidentin Azərbaycanla geniş əməkdaşlığa   böyük önəm verdiyini və bu əməkdaşlığın strateji əməkdaşlıq səviyyəsində olduğunu və bu əlaqələrin daha geniş və çoxşaxəli inkişaf etdirilməsində Avropa İttifaqının çox maraqlı olduğunu bir daha səsləndirdi. Xanım Ursula Avropa İttifaqı ilə Azərbaycan arasında yüksək əməkdaşlığı xalqlarımızın və cəmiyyətlərimizin daha da yaxınlaşdırılmasında  da böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Diqqət çəkən məqamlardan biri də Avropa Komisiyasının Prezidenti çıxışında Cənubi Qafqazın təhlükəsizliyini, Azərbaycanın həm də  biznes, ticarət və turizm sahəsində geniş imkanlarına böyük təkan verəcəyini və sərmayə yatırımını prioritet olduğunu bildirdi.  O, Avropa İttifaqının qlobal qapı strategiyasının əsas idtiqamətlərindən olan Trans-Xəzər və Mərkəzi Asiya əməkdaşlığında ölkəmizin həlledici rola malik olduğunu da çıxışında səsləndirdi”.

Alim

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP