“Samsung” yeni prosessorlar alıb

“Samsung” şirkəti buraxılacaq qabaqcıl “Galaxy S9” və “S9+” modelləri üçün “Qualcomm Snapdragon 845” prosessorlarının alışını həyata keçirib.

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, “Snapdragon 845” çipi ilə ABŞ bazarı üçün nəzərdə tutulan “Galaxy S9” və “S9+” modellərinin təchiz ediləcəyi gözlənilir. Digər smartfon istehsalçıları yeni prosessoru Cənubi Koreya şirkətindən gec əldə edəcəklər. Bu isə öz növbəsində “Samsung” şirkətinə rəqiblər üzərində üstünlük qazanmağa imkan verəcək.

Məlumata görə, oxşar vəziyyət bu ilin əvvəlində “S8” və “Snapdragon 835” ilə bağlı baş verib. “Samsung” satışa çıxarılan bütün çipləri satın alaraq “LG” şirkətini “G6” modelində köhnə “Snapdragon 821” prosessorundan istifadəyə məcbur edib, digər şirkətlər isə tədarükləri lazımi sayda təmin etmək üçün qabaqcıl smartfonların buraxılışını bir neçə ay müddətinə təxirə salmalı olublar.

Bildirilir ki, “S9” və “S9+” qurğuları adəti üzrə əvvəllər olduğundan 1 ay tez – növbəti ilin martın ortalarında satışa çıxarılacaq. Bunun belə olacağı təqdirdə yeni qabaqcıl “Samsung” smartfonlarının fevralın sonunda “Mobile World Congress” konfransında nümayiş olunacağını ehtimal etmək olar.

Qeyd edək ki, “Qualcomm” çipləri “Apple” şirkətinin yeni “A11 Bionic” texnologiyası ilə rəqabət aparacaq.
Bir müddət əvvəl “Samsung” şirkətinin “Galaxy S9” üçün displey modullarının istehsalına nəzərdə tutulan müddətdən tez başlaması barədə məlumatlar yayılıb.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi