Şoyqu Rüstəm Muradova əmr etdi: Ukraynanın bu yerlərini vurun!

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada tapşırıqları yerinə yetirən “Vostok” qrupuna baxış zamanı deyib ki, prioritet Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli silahlarının məhv edilməsidir.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Nazirlik bazar ertəsi bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada “xüsusi hərbi əməliyyat”ın tapşırıqlarını yerinə yetirən “Vostok” qrupuna baxış keçirib.

“Komanda məntəqəsində “Vostok” qrupunun komandiri general-leytenant Rüstəm Muradov (Qarabağdakı Rusiya sülhməramlılarının keçmiş komandiri-red.) Rusiya hərbi idarəsinin rəisinə mövcud vəziyyət və “düşmən qüvvələrinin darmadağın edilməsi istiqamətində verilən döyüş tapşırıqlarının yerinə yetirilməsinin gedişi” barədə məruzə edib”, – məlumatda deyilir.

Qeyd edilir ki, ordu generalı Sergey Şoyqu qrupun zərbə imkanlarının gücləndiyini qeyd edərək, komandirə Ukraynanın uzaqmənzilli raketlərinin və artilleriyasının yüksək dəqiqlikli silahlarla məhv edilməsini, onlardan Donbas qəsəbələrinin yaşayış məntəqələrinin atəşə tutulmasını və əkin sahələrinin qəsdən yandırılmasını prioritet hesab etməyi tapşırıb.

“Vostok” qrupunun komandiri, general-leytenant Rüstəm Muradov əmrin yerinə yetirilməsinə məsuliyyət daşıdıqlarını vurğulayıb.

Bundan əvvəl Şoyqu ordu generalı Sergey Surovikinin və general-polkovnik Aleksandr Lapinin rəhbərlik etdiyi Rusiyanın “Cənub” və “Mərkəz” qruplaşmalarının komanda məntəqələrinə baş çəkib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi