ABŞ: “Kreml “könüllü batalyonlar” yaratmağı əmr edib”

“Kreml Rusiyanın regionlarına Ukraynadakı müharibədə iştirak etmək üçün “könüllü batalyonlar yaratmağı əmr edib”.

Bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun saytında yazılıb.

Qeyd olunub ki, bu, çox güman ki, qismən və ya tam səfərbərlik elan etməmək üçün atılan addımdır: “Rusiya mətbuatı yazıb ki, 6 aylıq müqavilə üçün Rusiyada kişilərə 3750-6000 ABŞ dolları arasında maaş təklif olunur. Rusiya mətbuatı, həmçinin Kursk vilayətində, Primorsk diyarında, Başqırdıstanda, Çuvaşıstanda, Çeçenistanda, Tatarıstanda, Moskvada, Permdə, Nijni Novqorodda qondarma könüllü batalyonların yaradılması və yerləşdirilməsini təsdiqləyib”.

Məlumata görə, bəzi federal subyektlərdə “könüllü batalyonların” yaradılması ləngiyə bilər.

Həmçinin qeyd olunub ki, Rusiya qüvvələri cənub istiqamətində müdafiə əməliyyatlarına üstünlük verir. Çünki Ukrayna müdafiəçiləri qarşı tərəfin sursat anbarlarını atəşə tutmağa davam edir.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın iyulun 15-də müharibə və ya səfərbərlik elan edəcəyi barədə məlumat yayılmışdı.

Ukrayna kəşfiyyatı isə hesab edir ki, Rusiya yaxın gələcəkdə ölkə daxilində müharibə və ya səfərbərlik elan etməyəcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi