Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlanıb.

ETSN Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, iyulun 14-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək, mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 26-31° isti olacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP