İran Rusiyaya PUA-a verir… – Ağ Evdən İDDİA

Ağ Ev İranın Rusiyaya pilotsuz uçan aparatlar (PUA) vermək planı barədə məlumat yayıb.

Bu bəyanatı  ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Salivan səsləndirib.

“Əlimizdə olan məlumata görə, İran Rusiyaya PUA vermək və rusiyalı əsgərlərə onlardan istifadə etmək qaydaları barədə təlim keçmək niyyətindədir. Təlimlərin ilk mərhələsi iyulun ilk ongünlüyündə başlamlıdır. Lakin PUA-ların verilib-verilməməsi barədə dəqiq məlumatımız yoxdur”,- deyə o bildirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP