“İran nüvə silahı əldə etsə, ABŞ-ın qurmağa çalışdığı ittifaq parçalanacaq” – İsrailin keçmiş kəşfiyyat naziri

“Hazırda bölgəni təhlükəyə atan yeganə real faktor İranın nüvə fəaliyyətidir”.

Bunu İsrailin keçmiş kəşfiyyat naziri Yuval Ştaynz deyib.

Onun sözlərinə görə, bu həftə regiona gələn ABŞ Prezidenti Co Bayden bu səfərindən istifadə edərək, İran nüvə proqramını inkişaf etdirməyə davam edərsə, Amerika üçün də hərbi təhlükəyə çevriləcəyini bilməlidir.

Sabiq nazir Tehranın əvvəlki illərlə müqayisədə nüvə proqramını önəmli dərəcədə irəli apardığına görə narahatlığını ifadə edib. O, İranın artıq ABŞ tərəfindən təhlükə hiss etmədiyinə görə sözügedən proqramı genişləndirməyə cəhd etdiyini deyib.

“Bu səfər yalnız bir nəticə əldə edilərsə dəyərli olacaq: ABŞ-ın İrana hərbi təhdidi. Çatışmayan şey də budur, bu da İrana ilk dəfə olaraq bomba üçün yarışmağa imkan verdi”, – Ştaynz qeyd edib.

Ştaynz Baydenin “Vaşinqton Post” üçün yazdığı məqalədə səsləndirdiyi fikirlərdən də narahatlığını bildirib:

“O bildirir ki, hökuməti İran 2015-ci il nüvə sazişinə əməl etməyə hazır olana qədər diplomatik və iqtisadi təzyiqləri artırmağa davam edəcək. O, diplomatik və iqtisadi təzyiqdən bəhs edir, hərbi yox”.

Onun sözlərinə görə, bu prosesdə yeganə yeni amil son iki onillikdə ilk dəfə olaraq, iranlıların artıq ABŞ-ın hərbi təhlükəsinin olmadığına inanmalarıdır.

Ştaynz deyib ki, İranı nüvə proqramından uzaqlaşdırmaq üçün ABŞ-ın hərbi təhdidinə ehtiyac var.

Keçmiş nazir İranın nüvə silahı əldə etməsinin mümkün nəticələrindən də danışıb:

“İran nüvə silahı əldə etsə, ABŞ-ın Yaxın Şərqdə qurmağa çalışdığı ittifaq parçalayacaq və bölgə ölkələri İranla əməkdaşlıq edəcəklər. Bu durumda İsrail ekzistensial təhlükə altında olacaq. İranın artıq Avropaya nüvə başlıqları çatdıra biləcək raketləri var. İran nüvə silahı əldə etsə, Səudiyyə Ərəbistanı, Türkiyə və Misir kimi ətrafdakı digər ölkələr dərhal onun ardınca gələcək. Bu, nüvə silahlarının qarşısının alınması prosesinin sonu olacaq”.

Sabiq nazir hesab edir ki, İran nüvə sazişinə qayıtsa belə, ABŞ islam respublikasının buna əməl etməsi üçün “kifayət qədər böyük çubuq”a malik olmalıdır: “Bu, ABŞ və Baydenin məsuliyyətidir. İran marafonun 40-cı kilometrindədir, cəmi 2 kilometr qalıb. İndi onları dayandırmağın yeganə yolu etibarlı hərbi təhlükə yaratmaqdır”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi