“Böyük Masterlər”in toplantısı – Masonları Bakı ilə nə bağlayır…

Masonluq kökləri orta əsr Avropasına söykənən və qurulduğu tarixdən etibarən bütün dünyanı təsiri altına alan bir şəbəkədir. Hazırda təşkilatın dünya ölkələrində milyonlarla üzvü var. Təşkilat gizli fəaliyyət göstərsə də, demək olar ki, dünyanın bir çox ölkəsində şəbəkələndiyi bilinir.

Masonluğun meydana çıxmasına dair dəqiq tarix göstərilməsə də, bu birliyin avropalı bənnalar tərəfindən yaradıldığı, 14-cü əsrə söykənən peşə birliklərindən təkamül edərək bugünümüzə gəldiyi məlumdur.

Təşkilatın izlərinə digər ölkələrdə olduğu kimi Azərbaycanda da rast gəlmək olar. Mətbuat səhifələrində yer alan məlumatlara görə, massonların Bakıda da toplantıları təşkil olunur.

Məlumat üçün bildirək ki, 2008-ci ildə Rusiya və ABŞ-ın böyük mason lojalarının bilavasitə iştirakı ilə Azərbaycanın Böyük Milli Mason Lojası təsis edilib.

Masonların Bakıya ayaq açmasının təşəbbüskarı ABŞ və Rusiyada yaşayan azərbaycanlılar olub. İyirmi il əvvəl Vaşinqtonda azərbaycan dilli loja yaradılıb, bunlardan biri də Moskvada qurulub. Daha sonra Vaşinqtonda növbəti loja da təqdim olunub. Bu üç lojanın bazası əsasında 2008-ci ildə Azərbaycan Böyük Milli Lojası təsis edilib. 2008-ci ildən başlayaraq Bakıda hər il onların görüşləri keçirilir.

Bakı toplantısında, əsasən, masonluğun vacib ritualı olan installiatsiya həyata keçirilir.

Belə görüşlərin biri ötən ayın 3-də yenidən Bakıda baş tutub. “Hyatt Regency” hotelində təşkil olunan tədbirdə illik hesabat verilib. Tədbirdə Azərbaycan, Rusiya və Vaşinqtonun ‘’Böyük Masterləri’’ iştirak edib.

Azərbaycan Milli Böyük Lojasının rəhbəri Bağır Heyət tədbirə qatılaraq, görülən işlərdən söz açıb. İclas zamanı loja Azərbaycanı Qarabağkı tarixi qələbə münasibətilə təbrik edib və rəsmi bəyanat səsləndirib.

 

Bəyanatda deyilir:

“Azərbaycan və Ermənistan arasında mövcud münaqişə ilə bağlı qələbə münasibətilə ürəkdən təbrik edirəm. 30 ilə yaxındır erməni hərbi qüvvələri tərəfindən işğal altında olan torpaqlarımızı geri almaq üçün haqlı mübarizə aparan və qələbə əldə edən azərbaycanlı qardaşlarımızı təbrik edirik.

Bununla belə, BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyri-şərtsiz çıxarılmasını tələb edən 822,853,874 və 884 saylı qətnamələri qəbul etdiyini vurğulamaq vacibdir. Bu, Azərbaycan üçün işğal olunmuş bütün torpaqlarımızın azad edildiyi əsgərlərin və mülki şəxslərin həlak olmasını dayandıracaq bir sülh sazişinin imzalandığı tarixi bir andır.

Biz hamımız ədalətin bərqərar olacağına və Azərbaycanımızın və vətəndaşlarının sülh və əmin-amanlıq içində yaşayacağına sevinirik.

Yaşasın Azərbaycan!”

 

Böyük Loja Azərbaycanda olan məcburi köçkünlərə də dəfələrlə yardım ayırıb. Belə ki, Ağdam və Tərtər rayonlarında müharibədən əziyyət çəkən azərbaycanlılara ərzaq və digər yardımlar edillib.

Azərbaycanda fəaliyyət göstərən Böyük Lojanın üzvlərinin sayı 143-dür. Azərbaycan Lojasında 50, Xəzər Lojasında 36, Bakı Lojasında 31, Druqba Lojasında isə 26 üzv var.

 

Azərbaycan Milli Böyük Lojasının rəhbəri Bağır Heyət kimdir?

1938-ci ildə Təbrizdə anadan olmuş Bağır Heyət gənc yaşlarında İrandan ABŞ-a mühacirət edib. ABŞ-da ticarət fəaliyyətinə daşınmaz əmlakın alqı-satqısı ilə başlayan Bağır Heyət Amerika vətəndaşlığı aldıqdan sonra adını dəyişərək Robert qoyub. Masonluq fəaliyyətinin ən aktiv dövrünü Rumıniyada keçirən Bağır Heyyət Çauşesku rejiminin yıxılmasında, Rumıniyadakı xalq qiyamının təşkilində, ABŞ-dakı Türkdilli Nur Lojası (Nur Lodge) və Azəri Lojasının (Azeri Lodge) qurulmasında fəal iştirak edib.

 

O, Avropada bir çox lojalarda müxtəlif vəzifələrdə çalışıb. Bağır Heyət həm də Rumıniya Milli Böyük Lojasının qurucularından biri, eyni zamanda Rumıniya və digər Slavyan ölkələrində masonluğun təməlini gücləndirmiş şəxsdir. 19 dekabr 2006-cı ildən etibarən Bağır Heyət Vaşinqtondakı lojaların mərkəzi olan Kolumbiya Dairəsi Böyük Lojasına (Grand Lodge of the District of Columbia) başçılıq edən Hörmətli Böyük Ustaddır. 8 dekabr 2008-ci ildə Robert Bağır Heyət Azərbaycan Milli Böyük Lojasını (National Grande Lodge of Azerbaijan) təsis edib.

O, türk dünyasında, eləcə də bütün dünyada ən böyük türk masonu olaraq tanınır. Ailəlidir. 2 qızı və 1 oğlu var.

Aysel Məhərrəm

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir