Özünü bankın qarşısında yandırdı
Ağcabədidə intihara cəhd olub.
Hadisə şəhər ərazisindəki “Turan Bank” ASC-nin qarşısında baş verib. Ağcabədi şəhər sakini 51 yaşlı Məmmədov Yunus Yusif oğlu filialın qarşısında üzərinə yanan maye tökərək özünü yandırıb. Lakin ərazidə olan polis əməkdaşları onu xilas ediblər.
Yaralı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP