Təpəbaşı məhəlləsi barədə UNESCO-ya RƏSMİ MÜRACİƏT

Azərbaycanın elm və ictimaiyyət xadimləri Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının irsinə qarşı həyata keçirilən mədəni soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıblar.

 

Müraciəti 102 nəfər tanınmış elm və ictimai xadim imzalayıb.

 

Müraciətdə deyilir:

 

“Hörmətli Baş direktor.

 

UNESCO bütün dünyada bəşəriyyət üçün müstəsna dəyər hesab olunan mədəni və təbii irsin müəyyən edilməsini, qorunmasını və mühafizəsini təşviq etməyə çalışır. Bu, UNESCO tərəfindən qəbul edilmiş müxtəlif konvensiyalarda öz əksini tapıb. Ümumdünya irsinə aid olan obyektlər yerləşdikləri ərazidən asılı olmayaraq, bütün dünya xalqlarına məxsusdur.

 

Tarixi şəhərlər və bu şəhərlərin əraziləri cəmiyyətin təkamülünü və onun mədəni kimliyini təsvir edən məkan formasiyalarıdır. Onlar böyük təbii, yaxud süni mühitin bir hissəsidir və bir-birindən ayrıla bilməz. Tarixi şəhərlər onları formalaşdıran keçmişin canlı sübutudur.

 

Hazırda Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən maddi-mədəni irs nümunələrinin yaşı heç 200 ilə də çatmır. Bunun səbəbləri tarixşünaslıqda bəlli olsa da, dünya ictimaiyyəti bundan xəbərsizdir. Bəs nə üçün bu şəhərdə yaşı 200 ilə yaxın və daha çox olan heç bir maddi mədəniyyət nümunələri yoxdur və ya qalmayıb? Sualın cavabı çox sadədir. Bu abidələr Azərbaycan xalqına məxsus maddi-mədəni irs nümunələri olduğundan, ermənilər tərəfindən məhv edilmiş və günümüzə qədər gəlib çatmamışdır.

 

Bu gün Ermənistanın paytaxtı İrəvan şəhərində Azərbaycan xalqına məxsus sonuncu maddi-mədəni irs nümunələri də məhv edilmək üzrədir. Bu müraciət Sizin rəhbəri olduğunuz mötəbər təşkilatı Azərbaycan xalqının bütün dünya xalqlarına məxsus olan sonuncu maddi-mədəni irsini xilas etmək üçün səfərbər olmağa dəvət edən həyəcan siqnalıdır.

 

İrəvan şəhəri qala istisna olmaqla Şəhər, Dəmirbulaq və Təpəbaşı hissələrinə bölünürdü. İrəvanın bu hissələrinin hər birində şəhər yaranandan XX əsrin əvvəllərinə qədər azərbaycanlılar yaşayıblar.

 

Azərbaycan xalqı XIX-XX əsrlər ərzində indiki Ermənistanın ərazisində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə nəticəsində böyük milli faciə yaşayıb. Bu milli faciə mərhələli şəkildə həyata keçirilib və nəticədə indi Ermənistan adlanan dövlətin ərazisində heç bir azərbaycanlı qalmayıb. Min illər boyu öz torpağına bağlı olan azərbaycanlılar doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, Azərbaycan xalqına məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılaraq viran edilib. Zaman-zaman Azərbaycan xalqına qarşı aparılan qeyri-insani siyasət Ermənistan tərəfindən Azərbaycan abidələrinə qarşı da davam etdirilib. Nəticə etibarilə, Azərbaycan xalqının İrəvan şəhərində mövcud olmuş İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi, Zal xan məscidi, Dəmirbulaq məscidi, Sərtip xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər məscidi, Qantar (bazarı) karvansarası, Hacı bəyim hamamı, Hacı Əli hamamı, Axund Şeyxülislam hamamı və bu kimi bir çox digər dini və tarixi abidələri məhv edilib. Hazırda İrəvanda mövcud olan iki məscidi – Hacı İmamverdi məscidi və Göy məscidi isə Ermənistan fars məscidi adlandıraraq taleyin hökmünə buraxıb. Bu gün XVII əsrə aid olan Hacı İmamverdi məscidi tamamilə yox olmaq üzrədir.

 

2006-cı ildə Ermənistanda təsdiq edilən İrəvan şəhərinin baş planında fars memarlığı kimi təqdim olunan azərbaycanlılara məxsus memarlıq nümunələrinin yerləşdiyi altı ərazi göstərilmişdir. 2006-cı ildə həmin ərazilərin ümumi ölçüsü 29 hektar idi. Onlardan bu gün yalnız Təpəbaşı hissəsi (16 hektar) qalmaqdadır. Cəmi 16 il ərzində Ermənistanda Azərbaycan xalqına məxsus memarlıq üslubunda tarixi şəhər sayıla biləcək 13 hektar sahə tamamilə məhv edilərək yerində müxtəlif infrastrukturlar inşa olunub.

 

Tarixi İrəvan şəhəri XX əsrdə ən böyük dağıntılara məruz qalan şəhərlərdən biridir. Onun XX əsrdə dağıdılması siyasi məqsədlər daşımış və müasir İrəvan şəhərinin indiki simasının qurulmasına xidmət etmişdir. Tədqiqatlar bu şəhərin dərin qatlarında hələ də Azərbaycan şəhərinə aid məlumatların qaldığını söyləməyə imkan verir. Lakin Ermənistan üzərində yaşadığı bu tarixi məkanın torpaq altında qalan mədəni irsini qəbul etmədiyi üçün dağıntıları bu qatlarda da davam etdirir. Buna sübut kimi 2003-cü ildə İrəvan şəhərinin Respublika meydanında aparılan qazıntı işlərini də göstərmək olar. Belə ki, Ermənistan rəhbərliyi qazıntı nəticəsində torpaq altında qalmış azərbaycanlı-müsəlman memarlığının nümunələri aşkar olunan zaman qəfildən abidənin üzərini yenidən torpaqla örtmək tapşırığı verib. Ermənistan hökuməti bütün beynəlxalq normaları və qanunvericiliyi pozaraq bu aktı törədib.

 

Hörmətli Baş direktor.

 

İrəvan şəhərinin tarixini bu gün özündə əks etdirən və azərbaycanlıların mədəni irsinin yeganə sübutu olaraq qalan məkan Təpəbaşı məhəlləsidir. Təpəbaşı (ermənilər Kond adlandırırlar) İrəvan şəhərinin günümüzə qədər gəlib çatmış yeganə tarixi nümunəsidir. Bu hissə öz yaddaşında İrəvanın XVII əsrdən müasir dövrümüzə qədər olan tarixi kodunu daşımaqdadır. Tarixən azərbaycanlıların yaşadığı və hazırda 16 hektara qədər kiçildilən Təpəbaşı məhəlləsi günümüzdə məhv olmaq və Yer üzündən silinmək təhlükəsi ilə üz-üzədir. Ermənistanda azərbaycanlıların yaratdıqları maddi-mədəni irs haqqında məlumatlar gizlədilir və hissə-hissə dağıdılır. Ermənistan rəhbərliyi artıq bir müddətdir ki, Təpəbaşı hissəsini tamamilə dağıdaraq yerində müasir yaşayış binaları inşa etməyi planlaşdırır. Onlar bu yolla bir zamanlar İrəvanın əsas sakinləri olan azərbaycanlıların sonuncu nişanəsini – tarixi kodunu məhv etmək istəyirlər.

 

Təpəbaşı Azərbaycan mədəniyyəti, o cümlədən bəşər mədəniyyəti üçün son dərəcə önəmli əhəmiyyət kəsb edir. Tarixi İrəvan şəhərinin özəyi sayılan bu hissə vahid tarixi-şəhərsalma mühitini özündə əks etdirir.

 

Şəhərin Təpəbaşı hissəsinə ermənilərin köçürülməsi Çar Rusiyasının 1828-ci ildən sonra qonşu dövlətlərdən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi siyasəti ilə başlayıb. Təkcə bu köçürmə nəticəsində cəmi 374 nəfər İrandan, 18 nəfər isə Türkiyədən gələn erməni İrəvan şəhərinin Təpəbaşı hissəsində azərbaycanlı ailələrin evlərinə müvəqqəti olaraq yerləşdirilib. Köçüb gələn ermənilər sonradan Təpəbaşıda yerləşən Xan bağı adı ilə tanınan yerdə onlara ayrılmış torpaq sahələrində məskunlaşdırılıblar. Göründüyü kimi, 190 il öncə baş vermiş bu ilk etnik təmas Təpəbaşı hissəsinin etnik tərkibini dəyişə bilməyib və əzəldən bəri orada yaşayan azərbaycanlılar yenə də daimi sakinlər olublar.

 

XIX əsrin I yarısında Təpəbaşı hissəsində yerləşən küçə və məhəllələrin adları Azərbaycan adları idi. Məsələn, Dərəkənd, Axund, Xan bağları, eləcə də Əsəd bəy, Adalyar, Təpəbaşı, İmarət və Daşlı küçələrini sadalamaq olar. Hazırda Ermənistan milli arxivində saxlanılan kameral təsvirlər həmin küçə və məhəllələrin 190 il öncə inventarlaşdırılmasını və etnik tərkibini göstərən sübutlardır. Təpəbaşı öz memarlığı və tarixi ilə Azərbaycan tarixinin bir hissəsini təşkil edirdi.

 

Bunu İrəvan şəhərinin sonrakı dövrlərə aid planlarında da görmək mümkündür. Belə ki, 1831-1832-ci illərə aid kameral təsvirlər göstərir ki, şəhərin Təpəbaşı hissəsindəki məhəllə və küçələr sonrakı dövrlərdə də eyni adla və eyni etnik tərkiblə qalmışdır. İstər 1880-ci illərə aid şəhər planı, istərsə də B.Mehrabovun 1906-1911-ci illərə aid İrəvan şəhərinin planı deyilənləri bir daha sübut edir. Təpəbaşı hissəsində mövcud olan küçə adları XX əsrin əvvəllərində də Azərbaycan dilində adlandırılırdı. Bütün bunları dövrün arxiv sənədləri də təsdiqləyir. XIX əsr boyunca ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsinə baxmayaraq, İrəvan şəhərinin əhalisinin etnik tərkibində yenə də azərbaycanlıların üstünlük təşkil etdiyi aydın görünür.

 

Vaxtilə azərbaycanlılardan ibarət olan bu məhəllənin etnik tərkibi tarixin üç mərhələsində (1918-1920-ci, 1948-1953-ci, 1988-ci il illər) süni şəkildə dəyişdirilib və bu gün ermənilərdən ibarət monoetnik məhəlləyə çevrilib. Burada yaşayan insanlar özlərini yerli irəvanlı adlandırsalar da, onların çox kiçik bir qismi daha öncədən bu ərazidə yaşadığına dair sübutlar gətirə bilir. Lakin burada yaşayanların böyük hissəsi 1920-ci illərdə hələ İrəvan adlandırılan şəhərə qonşu dövlətlərdən köçürülən ermənilərdən ibarətdir. Həm Ermənistan, həm də Azərbaycan arxivlərində bunu sübut edən minlərlə sənəd saxlanılmaqdadır.

 

Ermənistan dövləti Təpəbaşıda yerləşən Hacı İmamverdi (Təpəbaşı) məscidinin tarixini saxtalaşdıraraq fars məscidi kimi dövlət qeydiyyatına alsa da, abidənin qorunması ilə bağlı heç bir tədbir görülmür və onun uçulub dağılmasına şərait yaradılır.

 

Uzun illərdir ki, Təpəbaşı hissəsinin taleyi ilə bağlı erməni ictimaiyyəti ilə Ermənistan dövləti arasında müzakirələr getməkdədir. Lakin bütün bu müzakirələrdə Azərbaycan xalqının maddi-mədəni irsi məhvə məhkum edilir.

 

2022-ci il 4 fevral tarixində Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin videoformatda görüşünün nəticəsi olaraq həm də UNESCO-nun Ermənistana və Azərbaycana missiyalarının həyata keçirilməsi planlaşdırılıb. Azərbaycan cəmiyyəti uzun zamandır bu xəbəri gözləyirdi.

 

Biz UNESCO-ya müraciət edərək xahiş edirik ki, səfər zamanı öz üzərinə öhdəlik götürən Ermənistanın paytaxtı İrəvanda yerləşən tarixi Təpəbaşı məhəlləsi də missiyanın gedəcəyi ünvanlardan biri olsun. Ümid edirik ki, UNESCO-nun missiyasının fəaliyyətinə Ermənistanda maneə törədilməyəcəkdir.

 

Bu səbəbdən hələ də Azərbaycan xalqının İrəvan şəhərində tamamilə Yer üzündən silinməmiş yeganə memarlıq kompleksində Ermənistanın və Azərbaycanın səlahiyyətli idarələri ilə əməkdaşlıq edərək tarix və mədəniyyət abidələrinin hazırkı vəziyyətini qeydə almağa və gələcək monitorinqi, onun nəticələrinin dərcini təmin etməyə təcili ehtiyac var.

 

İnanırıq ki, Siz öz nüfuzunuz və səylərinizlə beynəlxalq konvensiyalarda müəyyən edilmiş prinsiplərə uyğun olaraq İrəvan şəhərində Azərbaycan abidələrinin bütöv və təhlükəsiz mühafizəsi, bərpası, konservasiyası və s. üzrə məsuliyyəti Ermənistanın öz üzərinə götürməsinə töhfə verəcəksiniz. Belə olduğu təqdirdə bəşəriyyətin maddi-mədəni irsinin tərkib hissəsi olan İrəvan şəhərinin tarixi Təpəbaşı məhəlləsi növbəti vandalizmdən xilas edilmiş olacaq.

 

Biz – aşağıda imza edənlər Sizdən xahiş edirik ki, İrəvan şəhərinin Təpəbaşı hissəsində tarixən azərbaycanlılara məxsus olmuş məhəllə sisteminin və bu məhəllələrdə mövcud olan abidələrin dağılmasının qarşısının alınmasında və onların xüsusi qorunma altına alınmasına kömək edəsiniz.

 

Müraciəti aşağıdakı şəxslər imzalayıb:

 

1. Arif Həşimov Texnika üzrə elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın prezidenti vəzifəsini icra edən

 

2. Gövhər Baxşəliyeva Filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti

 

3. İsa Həbibbəyli Filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti

 

4. Yaqub Mahmudov Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü

 

5. Şahin Mustafayev Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, AMEA-nın Şərqşünaslıq İnstitutu

 

6. Nərgiz Axundova Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, AMEA-nın Tarix İnstitutu

 

7. Nailə Vəlixanlı Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi

 

8. Anar İsgəndərov Tarix üzrə elmlər doktoru, professor, Millət vəkili

 

9. Əziz Ələkbərli Filologiya üzrə fəlsəfə doktoru, dosent, Millət vəkili

 

10. Kərim Şükürov Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın Tarix İnstitutu, baş direktor

 

11. Cəbi Bəhramov Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutu, icraçı direktor

 

12. İlqar Niftəliyev Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutu, şöbə müdiri

 

13. Tofiq Nəcəfli Tarix üzrə elmlər doktoru, dosent,AMEA-nın Tarix İnstitutu

 

14. Rəşad Mustafa Tarix üzrə elmlər doktoru, AMEA-nın Tarix İnstitutu

 

15. İradə Bağırova Tarix üzrə elmlər doktoru, AMEA-nın Tarix İnstitutu

 

16. Güntəkin Nəcəfli Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutu

 

17. Allahverdi Əlimirzəyev Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutu

 

18. İradə Məmmədova Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutu

 

19. Hacı Həsənov Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutu

 

20. Kamran İsmayılov Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutu

 

21. Elçin Qarayev Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix İnstitutu

 

22. Vasif Qafarov Tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi AMEA-nın Tarix İnstitutu

 

23. Ramin Əlizadə Böyük elmi işçi,AMEA-nın Tarix İnstitutu

 

24. Abbas Seyidov Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru

 

25. Musa Qasımlı Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA-nın Qafqazşünaslıq İnstitutu, baş direktor

 

26. Elnur Kəlbizadə Tarix üzrə fəlsəfə doktoru, dosent,AMEA-nın Qafqazşünaslıq İnstitutu

 

27. Ramilə Dadaşova Siyasi elmlər doktoru, AMEA-nın Qafqaz Tarixi İnstitutu

 

28. Qasım Hacıyev Tarix üzrə elmlər doktoru, dosent,AMEA-nın Qafqaz Tarixi İnstitutu

 

29. Zakir Eminov Coğrafiya üzrə elmlər doktoru, dosent, AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, baş direktor

 

30. İsmayıl Kazımov Filologiya üzrə elmlər doktoru, professor, baş elmi işçi, AMEA-nın Dilçilik İnstitutu

 

31. Kifayət İmamquluyeva Filologiya üzrə fəlsəfə doktoru,AMEA Dilçilik İnstitutu, şöbə müdiri

 

32. Məryəm Seyidbəyli Tarix üzrə elmlər doktoru,AMEA-nın Elm Tarixi İnstitutu

 

33. Zaur Əliyev Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA-nın Elm Tarixi institutu

 

34. Ziyad Əmrahov Tarix üzrə fəlsəfə doktoru, dosent,AMEA-nın Elm Tarixi İnstitutu

 

35. Cəfər Qiyasi Memarlıq üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü,Abidələrin Bərpası Elmi-Tədqiqat İnstitutu

 

36. Ərtigin Salamzadə Sənətşünaslıq üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü,AMEA-nın Memarlıq və İncəsənət İnstitutu

 

37. İradə Köçərli Sənətşünaslıq üzrə elmlər doktoru, professor, AMEA Memarlıq və incəsənət İnstitutu, şöbə müdiri

 

38. Rizvan Qarabağlı Memarlıq üzrə fəlsəfə doktoru, dosent,AMEA Memarlıq və incəsənət İnstitutu, aparıcı elmi işçi

 

39. Rahibə Zeynalova Memarlıq üzrə fəlsəfə doktoru,AMEA-nın Memarlıq və İncəsənət İnstitutu

 

40. Xəzər Zeynalov AMEA-nın Memarlıq və incəsənət İnstitutu

 

41. Fərhad Cabbarov Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi

 

42. İbrahim Kazımbəyli Tarix üzrə elmlər doktoru, dosent, Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr fakültəsi, dekan

 

43. Firdövsiyyə Əhmədova Tarix üzrə elmlər doktoru, dosent, Dövlət İdarəçilik Akademiyası, tarix kafedrası

 

44. Gülçöhrə Məmmədova Memarlıq üzrə elmlər doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universiteti, rektor

 

45. Elbay Qasımzadə Memarlıq üzrə elmlər doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universiteti

 

46. Səbinə Hacıyeva Memarlıq üzrə elmlər doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universiteti

 

47. Elşən Aslanov Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Tarix fakültəsi

 

48. Nazim Mustafa Tarix üzrə fəlsəfə doktoru, Prezident kitabxanası, şöbə müdiri

 

49. Nazir Əhmədli Kimya üzrə fəlsəfə doktoru, Azərbaycanda Atatürk Mərkəzi

 

50. Tahir Əmiraslanov Tarix elmləri üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, “Kulina” jurnalı, baş redaktor

 

51. Telman Qasımov Elmi Araşdırmalar İctimai Birliyinin sədri

 

52. Faiq İsmayılov Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri

 

53. Fariz Xəlili “Miras” mədəni irsin öyrənilməsinə kömək İctimai Birliyinin sədri

 

54. Rauf Zeyni Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti

 

55. Azər Əliyev Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

 

56. Səməd Hətəmov “Doğma yurda qayıdış” İctimai Birliyinin sədri

 

57. Bəyimxanım Verdiyeva “Xan Şuşinski” Fondunun prezidenti

 

58. Günel Səfərova Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri

 

59. Umud Rəhimoğlu Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti

 

60. Fazil Abbasov “İslam Əməkdaşlığı Təşkilatına Üzv Dövlətləri Jurnalistlərinin Assosiasiyası” İctimai Birliyinin sədri

 

61. Şəlalə Həsənova “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri

 

62. İlqar Orucov Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyinin sədri

 

63. Şəhla Nağıyeva “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri

 

64. Şəmistan Əlizamanlı “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri

 

65. Nurəddin Mehdiyev “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin sədri

 

66. Bahar Qasımova “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədri

 

67. Davud Rəhimli Əlil Təşkilatları İttifaqının prezidenti

 

68. Fəxrəddin Həsənzadə “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin icraçı direktoru

 

69. Fuad Məmmədov “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası İctimai Birliyinin sədri

 

70. Mehri Xanbabayeva “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin sədri

 

71. Hacı Abdulla “Zəngəzur” cəmiyyətləri İctimai Birliyinin sədri

 

72. Nəsiman Yaqublu “Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri

 

73. Rəna Mirzəzadə Gender və İnsan Hüququ Araşdırma Birliyinin sədri

 

74. Mehriban Zeylanova “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri

 

75. Novella Cəfərova “D.Əliyeva adina Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” İctimai Birliyinin sədri

 

76. Səadət Bənənyarlı “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri

 

77. Səltənət Qocamanlı “İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinin sədri

 

78. Yusif Ağayev “Dostluq” gənclərin əlaqələndirmə mərkəzi İctimai Birliyinin sədri

 

79. Xatirə Vəliyeva “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri

 

80. Səbuhi Abdullayev “ELM” Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri

 

81. Büllur Məmmədova “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri

 

82. İsrayıl İsgəndərov “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri

 

83. Zaur İbrahimli “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri

 

84. Ayşən Hüseynova “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədrinin müavini

 

85. Azər Allahverənov Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri

 

86. Araz Şamilov “Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin sədri

 

87. Şamil Ələkbərli Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri

 

88. Əkrəm Bəydəmirli “Sosial Rifah və Tədqiqatlar” İctimai Birliyinin sədri

 

89. İradə Rzazadə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri

 

90. Təhmasib Novruzov “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri

 

91. Çingiz Bayramov “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri

 

92. Rüfət Əsədzadə “Azərbaycan gənc müəllimlər assosiasiyası” İctimai Birliyinin sədri

 

93. Şahin Qədirov “Zirvə” mədəniyyət və incəsənət İctimai Birliyinin sədri

 

94. Qafar Çaxmaxlı “Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası” İctimai Birliyinin sədri

 

95. Dəyanət Bayramov “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri

 

96. İntiqam Yaşar “Dünya Gənc Türk Yazarlar” İctimai Birliyinin sədri

 

97. Elvin Talışınski “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyinin sədri

 

98. Nigar Ələsgərova “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri

 

99. Elçin Mirzəbəyli “Bakı Natiqlik Məktəbi” İctimai Birliyinin sədri

 

100. Akif Nağı “Qarabağ Azadlıq Təşkilatı” İctimai Birliyi

 

101. Vüqar Əhmədov “Azərbaycan-Amerika Gəncləri” İctimai Birliyinin sədri

 

102. Səbuhi Hüseynov AMEA-nın Tarix İnstitutunun baş mütəxəssisi”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP