“WhatsApp”a yeni funksiya əlavə olunacaq

Dünyanın ən çox istifadə olunan mesajlaşma proqramı  “WhatsApp” yeni funksiyasını sınaqdan keçirir.

Bu barədə “WABetaInfo” saytı məlumat yayıb.

Bundan sonra istifadəçilər şəkillərinin müəyyən hissəsini bulanıqlaşdırıb göndərə biləcək. Bəzən şəkillərin müəyyən hissəsini və ya kollektiv fotolarda özümüzü bəyənmirik. Bu zaman yeni funksiyadan istifadə edərək şəkilləri istənilən formada göndərmək mümkün olacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP