Azərbaycan batutçusu Selcan Mahsudova Beynəlxalq Gimnastika Federasiyasının kubokuna layiq görülüb

İsveçrənin Arosa şəhərində batut gimnastikası üzrə dünya kuboku yarışı və 51-ci “Nissen Cup” adlı beynəlxalq turnir keçirilib.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, beynəlxalq turnirdə ölkəmizi təmsil edən Azərbaycan yığma komandasının üzvü Maqsud Mahsudov bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.

Eyni şəhərdə keçirilən dünya kuboku yarışında mübarizə aparan yığmamızın üzvü, batutçumuz Selcan Mahsudova final çıxışının yekununa əsasən, beşinci pillədə qərarlaşıb. İdmançımız bu il iştirak etdiyi dörd dünya kuboku yarışından üçündə topladığı xalların cəminə əsasən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) kubokuna layiq görülüb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP